Nazir müavini: "Azərbaycanda internet təminatı kifayət səviyyədədir"

Nazir müavini: "Azərbaycanda internet təminatı kifayət səviyyədədir" Elmir Vəlizadə: "İnternetin sürətini qiymətləndirərkən istifadə olunan texnologiyalar da nəzərə alınmalıdır"
İKT
1 Dekabr , 2015 12:55
Nazir müavini: Azərbaycanda internet təminatı kifayət səviyyədədir

Bakı. 1 dekabr. REPORT. AZ/ Azərbaycanda istehlakçıların internet təminatı kifayət səviyyədədir. Azərbaycan hazırda 500 GB/saniyədən yuxarı qlobal şəbəkəyə çıxış tutumuna malikdir. "Report" xəbər verir ki, bunu rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə bildirib. 

Onun sözlərinə görə, daxildə isə ümumi internet istifadəsinin səviyyəsi 150-180 GB/saniyə tutuma malikdir. Bu isə hər istifadəçiyə düşən internet həcmindən yüksək göstərici hesab olunur.

"Bundan başqa, internetin sürətini qiymətləndirərkən istifadə olunan texnologiyalar da nəzərə alınmalıdır. Hətta evdə istifadə edilən modemlərdən, rabitə xidmətlərinin keyfiyyətindən internetin sürəti çox asılıdır", - deyə E.Vəlizadə qeyd edib. 

Nazir müavini əlavə edib ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi internetin daha da yüksək keyfiyyətli olması üçün işlər görür.

Son xəbərlər

Orphus sistemi