Nazir müavini: "Azərbaycanda əhali yaşayan ərazilərin 90%-i rəqəmli TV yayımla əhatə olunub"

Nazir müavini: "Azərbaycanda əhali yaşayan ərazilərin 90%-i rəqəmli TV yayımla əhatə olunub" Bunun üçün zəruri infrastrukturun qurulduğu bildirilir
İKT
30 İyun , 2016 12:50
Nazir müavini: Azərbaycanda əhali yaşayan ərazilərin 90%-i rəqəmli TV yayımla əhatə olunub

Bakı. 30 iyun. REPORT.AZ/ Azərbaycan ərazisinin əhali yaşayan hissəsinin 90%-i rəqəmli teleyayımla əhatə olunub. "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə bildirib: "Bunun üçün artıq zəruri infrastruktur da yüksək səviyyədə qurulub".

Onun sözlərinə görə, hazırda ölkədə tam rəqəmli yayıma keçidin reallaşması üçün müəyyən məsələlər həll olunmalıdır: "Burada analoq yayımın dayandırılıb, tam şəkildə rəqəmli yayıma keçidlə bağlı məsələlər nəzərdə tutulur. Hazırda bu istiqamətdə zəruri işlər aparılır. Hesab edirəm ki, müəyyən texniki və təşkilati məsələlər həll olunduqdan sonra, tam şəkildə rəqəmli yayımı tətbiq etmək mümkün olacaq".

Nazir müavini əlavə edib ki, hazırda Azərbaycanda rəqəmli yaym mövcuddur və istifadəçilər müasir televizorları vasitəsilə bu xidmətdən istifadə edə bilər.

Son xəbərlər

Orphus sistemi