​Nazir: "Azərbaycanda mobil rabitənin ucuzlaşması gözlənilmir"

​Nazir: "Azərbaycanda mobil rabitənin ucuzlaşması gözlənilmir" Əli Abbasov: "Azərbaycan xalqı Avropada Türkiyədən sonra mobil telefonla ən çox danışan xalqdır"
İKT
18 Fevral , 2015 14:29
​Nazir: Azərbaycanda mobil rabitənin ucuzlaşması gözlənilmir

Bakı. 18 fevral. REPORT.AZ/Azərbaycanda yaxın vaxtlarda mobil rabitə tariflərinin ucuzlaşması gözlənilmir. "Report"un məlumatına görə, bunu rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bildirib.

"Azərbaycan xalqı Avropada Türkiyədən sonra mobil telefonla ən çox danışan xalqdır. Qiymətlər də bazardakı tələblə tənzimlənir. Buna görə də yüksək tələb qiymətləri azaltmağa imkan vermir", - deyən nazir qeyd edib.

Ə.Abbasov bildirib ki, Azərbaycanda internet tarifləri orta dünya qiymətindən 2 dəfə ucuzdur. Bu ilin sonuna qədər genişzolaqlı internet tariflərinin dünya üzrə orta əmək haqqının 5% olması hədəflənir: "Yəni, orta əmək haqqının 5%-nin internetə sərf olunması hədəfdadir. Azərbaycanda isə bu göstərici 2,5% təşkil edir".

Son xəbərlər

Orphus sistemi