Yuxarı
    Bağlamaq

    Naxçıvanda bu il ərzində qeydiyyata alınan daşınmaz əmlakın sayı açıqlanıb

    Yeni yaranmış 410 daşınmaz əmlak obyektinə ünvan verilib

    Bakı. 27 iyul. REPORT.AZ/ Bu ilin ilk 6 ayı ərzində Naxçıvan Muxtar Respublikası üzrə cəmi 2432 daşınmaz əmlak obyekti qeydiyyata alınıb.

    "Report" xəbər verir ki, bunu muxtar respublikanın Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin sədri Müslüm Cabbarzadə deyib.

    O bildirib ki, 1036 torpaq sahəsi, 39 qeyri-yaşayış binası, 41 qeyri-yaşayış sahəsi, 436 mənzil, 873 fərdi yaşayış evi, 7 əmlak kompleksi olmaqla, 172 girov qeydi aparılıb, yüklülüyə dair 1671 arayış verilib, 71 sorğu-məktub cavablandırılıb. Hesabat dövründə mülkiyyət hüquqlarının dövlət qeydiyyatının alınması və daşınmaz əmlakla bağlı digər əməliyyatların aparılması üçün 5195 ərizə qəbul edilib, muxtar respublikanın 46 yaşayış məntəqəsində 404 müraciətə baxılıb. Daxil olmuş müraciətlər əsasında 1873 texniki sənəd hazırlanıb. Bundan əlavə, bu ilin I yarımili ərzində muxtar respublika üzrə ilkin qeydiyyat, bölünmə və birləşmə nəticəsində yeni yaranmış 410 daşınmaz əmlak obyektinə ünvan verilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi