​NASA Plutonun ilk rəngli şəklini yayımlayıb

​NASA Plutonun ilk rəngli şəklini yayımlayıb Cırtdan planet 9 ildir 3 mlrd. mil (təxminən 4,8 mlrd. km) yol qət edən “New Horizons” kosmik gəmimiz vasitəsilə dünyaya bir eşq naməsi göndərib
İKT
14 İyul , 2015 18:48
​NASA Plutonun ilk rəngli şəklini yayımlayıb

Bakı. 14 iyul. REPORT.AZ/ Amerika Milli Aero Kosmik Agentliyinin (NASA) “New Horizons” kosmik gəmisi Pluton planetinin səthinə ən yaxın uçuşunu reallaşdıraraq planetin ilk fotosunu yayımlayıb. "Report"un məlumatına görə, “New Horizons”un Plutona ən yaxın uçuşu Bakı vaxtı ilə saat 16:49-da reallaşıb. Üzərində ürəyəbənzər görüntünün olduğu Platonun şəklini “Cırtdan planet 9 ildir 3 mlrd. mil (təxminən 4,8 mlrd. km) yol qət edən “New Horizons” kosmik gəmimiz vasitəsilə dünyaya bir eşq naməsi göndərib” kimi şərh edib.

Son xəbərlər

Orphus sistemi