NASA Marsa göndərməyi planlaşdırdığı robotu nümayiş etdirib - VİDEO

NASA Marsa göndərməyi planlaşdırdığı robotu nümayiş etdirib - VİDEO "Valkiriya" robotu 200-ə yaxın ötürücü ilə təchiz olunub
İKT
18 İyun , 2017 02:53
NASA Marsa göndərməyi planlaşdırdığı robotu nümayiş etdirib - VİDEO

Bakı. 18 iyun. REPORT.AZ/ Amerika Kosmik Agentliyi və Lindon Conson adına Kosmik Mərkəzin mütəxəssisləri gələcəkdə Marsa göndərilməsi planlaşdırılan "Valkiriya" (Valkyrie) robot-qumanoidinin imkanlarını nümayiş etdiriblər.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, yeni robotun sınaq videosu maşının idarəetmə alqoritmini yaratmış "IHMC Robotics" institutunun "YouTube" kanalına yerləşdirilib.

"Valkiriya" baş, çiyin, qarın və ayaqlarına yerləşdirilmiş təqribən 200 ötürücü ilə təchiz olunub. Onlardan alınan məlumatlar, robota, növbəti addım üçün daha münasib yer seçməkdən ötrü qiymətləndirmə aparmaq imkanı verir.

"Valkiriya", gözlənildiyi kimi, Qırmızı planetin mənimsənilməsində Marsın ilk müstəmləkəçilərinə kömək edəcək.

Son xəbərlər

Orphus sistemi