“Nar” yeni kampaniyaya başlayıb

“Nar” yeni kampaniyaya başlayıb Aksiya çərçivəsində iki smartfon modelindən birini alan müştərilər güzəştli şərtlər və bonuslar qazanacaqlar
İKT
4 Avqust , 2016 14:10
“Nar” yeni kampaniyaya başlayıb

Bakı. 4 avqust. REPORT.AZ/ “Nar” mobil rabitə operatoru “Yayın təklifi” kampaniyasına start verib. “Nar” şirkətindən “Report”a bildirilib ki, bu fürsətdən yararlanan müştərilər 6 ay ərzində ümumilikdə 100 manat danışıq balansı və 600 MB internet trafiki əldə edəcəklər.

Kampaniya avqustun 30-dək davam edəcək. Kampaniyaya qoşulmaq üçün “World Telecom” mağazalarından “Micromax BOLT Q383” və ya “Micromax BOLT S302” smartfon modellərindən birini almaq kifayətdir. Smartfonlar üçün sərfəli ödəniş şərtləri təyin edilib.

Müştərilər bu smartfonları ayda 9 manat (Micromax S302) və 12 manatdan (Micromax Q383) başlayan qiymətlərlə, faizsiz və 12 ayadək ödənişlə əldə edə bilərlər. Smartfonlar üçün 30 manat (Micromax S302) və 40 manat (Micromax Q383) ilkin ödəniş nəzərdə tutulub.

Qeyd edək ki, bonusların aktiv edilməsi üçün balans hər ay ən azı 5 manat məbləğində artırılmalıdır. Bonusların qalığını yoxlamaq üçün *777#84#YES şifrəsini yığmaq və ya "I" yazıb 777 qısa nömrəsinə mesaj göndərmək lazımdır.

Son xəbərlər

Orphus sistemi