"Nar" xüsusi rouminq tarifləri təklif edir

"Nar" xüsusi rouminq tarifləri təklif edir Mobil operatorun təqdim etdiyi “Tətil” paketləri Gürcüstana səyahət edənlər üçün də əlverişlidir
İKT
30 İyun , 2017 12:49
Nar xüsusi rouminq tarifləri təklif edir

Bakı. 30 iyun. REPORT.AZ/ Yay mövsümü ilə əlaqədar öz abunəçilərinin artan rabitə və mobil internet ehtiyaclarını qarşılamaq üçün “Nar” rouminq tariflərini "Tətil" paketləri ilə daha sərfəli edib.

"Report"un şirkətə istinadən verdiyi xəbərə görə, mobil operatorun təqdim etdiyi “Tətil” paketləri qonşu ölkələrə, xüsusilə də Gürcüstana səyahət edənlər üçün daha əlverişlidir.

Təklif çərçivəsində 200 Mb həcmindəki “Tətil-2” və 600 Mb həcmindəki “Tətil-5” paketlərinin qiyməti müvafiq olaraq 2 və 5 manat təşkil edir. 

Təklif “Nar” operatorunun 30 sentyabr 2017-ci il tarixinədək davam edəcək “Tətil” kampaniyası çərçivəsində verilir və ABŞ, İsrail, Ukrayna, İran, Rusiya, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan kimi ölkələri də əhatə edir. “Tətil-2” paketinə qoşulmaq üçün *777#102#YES, “Tətil-5” paketinə qoşulmaq üçün *777#105#YES, paketdaxili internet balansını yoxlamaq üçün isə *777#20#YES kodunu yığmaq kifayətdir.

Son xəbərlər

Orphus sistemi