“Nar” sosial şəbəkələrdəki abunəçi sorğularında 100%-lik nəticə göstərib

“Nar” sosial şəbəkələrdəki abunəçi sorğularında 100%-lik nəticə göstərib Bu, sosial şəbəkələr vasitəsilə daxil olmuş sorğuların cavablandırılma vaxtına görə əldə edilib
İKT
14 İyul , 2017 18:20
“Nar” sosial şəbəkələrdəki abunəçi sorğularında 100%-lik nəticə göstərib

Bakı. 14 iyul. REPORT.AZ/ Müştəri xidmətlərinin geniş spektrini bilavasitə sosial media üzərindən təqdim etmiş ilk və yeganə mobil operator olan “Nar” bu sahədə yüksək göstəricilərə nail olub. 

Mobil operatordan "Report"a daxil olan məlumata görə, sosial şəbəkələr vasitəsilə daxil olmuş sorğuların cavablandırılma vaxtına görə “Nar” mobil operatorlar arasında ən yüksək nəticəni göstərə bilib. Abunəçilər bu xidmətlərdən istər "nar.az" internet səhifəsində olan şəxsi kabinetləri vasitəsilə, istərsə də “Facebook”, “Twitter”, “Instagram” və digər sosial şəbəkələr üzərindən yararlana bilirlər.

2017-ci ilin ilk yarısının nəticələrinə əsasən, sosial şəbəkələr üzərindən daxil olmuş sorğuların 100%-i “Nar” sosial media komandası tərəfindən cavablandırılıb. Bu dövrdə daxil olmuş müraciətlərin 99%-i bir saat ərzində öz həllini tapıb, sorğuların uğurla cavablandırılma müddəti orta hesabla cəmi 13 dəqiqə təşkil edib. Müştəri yol xəritəsinə görə (Customer Journey), “Nar” sosial media komandasına daxil olmuş müraciətlərin 85%-i cəmi 2 ismarışdan sonra müvəffəqiyyətlə həllini tapıb.

Bu yüksək göstərici, “Nar” abunəçilərinə göstərilən müştəri xidmətlərinin keyfiyyətinin artırılması, eləcə də innovativ həllərin tətbiqi nəticəsində mümkün olub. “Nar” abunəçiləri özlərinə rahat olan istənilən üsulla – Çağrı Mərkəzinə zəng etməklə, şəxsi kabinetə daxil olmaqla, sosial şəbəkələr, SMS və elektron poçt üzərindən yazmaqla yüksəkkeyfiyyətli müştəri xidmətlərindən yararlana bilərlər.

Xatırladaq ki, “Azerfon” şirkəti 21 mart 2007-ci ildə “Nar Mobile” ticarət nişanı ilə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilıb. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. 2,3 mln. istifadəçisi olan “Nar” hazırda ölkə ərazisinin 99%-ni əhatə edən və 6 000-dən artıq baza stansiyasından ibarət olan geniş şəbəkəsi ilə abunəçilərə xidmət göstərir. 

Son xəbərlər

Orphus sistemi