“Nar” baza stansiyalarının sayını artırıb

“Nar” baza stansiyalarının sayını artırıb İlin əvvəlindən etibarən 165 sayda 3G, 213 ədəd 4G baza stansiyası quraşdırılıb
İKT
5 İyul , 2017 17:32
“Nar” baza stansiyalarının sayını artırıb

Bakı. 5 iyul. REPORT.AZ/ Cari ilin ilk yarısında “Nar” mobil rabitə operatoru ölkə ərazisində baza stansiyalarının quraşdırılması prosesini davam etdirib. Bu ilin yanvar ayından etibarən Bakı, Lənkəran, Qəbələ, Şəki, Şəmkir, Şamaxı, Kürdəmir, Biləsuvar və digər bölgələrdə 165 sayda yeni 3G, Abşeron yarımadasında isə 213 ədəd 4G (LTE) baza stansiyası quraşdırılıb.

“Report” bu barədə şirkətə istinadən xəbər verir.

Beləliklə, “Nar” 794 ədəd 4G baza stansiyası ilə istifadəçilərinə ölkədəki ən böyük mobil rabitə şəbəkələrindən birini təqdim edir. 2,3 mln. istifadəçisi olan “Nar” hazırda ölkə ərazisinin 99%-ni əhatə edən və 6 000-dən artıq baza stansiyasından ibarət olan geniş şəbəkəsi ilə abunəçilərinə xidmət göstərir.

Qeyd edək ki, “Nar” işğaldan azad edilmiş ərazilərdə də şəbəkənin gücləndirilməsi istiqamətində işləri davam etdirir. Bir neçə ay öncə operator Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin ərazisinə xidmət edəcək baza stansiyasının quraşdırılmasını və istismara verilməsini elan edib. Artıq “Nar” abunəçiləri qeyd edilən ərazidə də 3G və 2G xidmətlərindən yararlana bilirlər.

Xatırladaq ki, “Azerfon” şirkəti 21 mart 2007-ci ildə “Nar Mobile” ticarət nişanı ilə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib.

Son xəbərlər

Orphus sistemi