Yuxarı

“Nar” Barselonada keçirilən Mobil Dünya Konqresində iştirak edib

“Nar” Barselonada keçirilən Mobil Dünya Konqresində iştirak edib

Bakı. 28 fevral. REPORT.AZ/ “Nar”ın nümayəndə heyəti dünyanın aparıcı informasiya-kommunikasiya şirkətlərinin, telekommunikasiya nəhənglərinin və mobil operatorların qatıldığı Mobil Dünya Konqresində (GSMA Mobile World Congress) iştirak edib.

“Report”un Şirkətə istinadən verdiyi xəbərə görə, İspaniyanın Barselona şəhərində keçirilən bu ənənəvi tədbirdə yeni bazar trendləri, texnologiya nailiyyətləri, çağdaş ideya və təşəbbüslər, mobil rabitənin gələcək perspektivləri kimi önəmli məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb, interaktiv sessiyalar keçirilib, panellər və diskussiyalar təşkil edilib.

Konqresə dünyanın İKT sahəsində fəaliyyət göstərən ən nəhəng şirkətlərinin rəhbərləri və baş icraçı direktorları da qatılıblar.

Tədbirdə aktiv iştirak edən “Nar” nümayəndə heyəti digər konqres iştirakçıları ilə birlikdə geniş diskussiyalara qatılaraq təcrübə mübadiləsi aparıb, telekommunikasiya sahəsində tətbiq edilən yeniliklər və innovativ dəyişikliklər haqqında öz fikirlərini bölüşübər. Hər zaman innovativ texnologiyalara üstünlük verən şirkətin rəhbər heyəti mobil dünya konqresi çərçivəsində təşkil edilən mobil texnologiyalar sərgisində də fəal iştirak edib.

Qeyd edək ki, dünyanın müxtəlif ölkələrindən olan yüzlərlə qonağın qatıldığı mötəbər tədbirdə fərqli sessiyalar keçirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi