Bakı. 17 oktyabr. REPORT.AZ/ Hər zaman yenilikləri və maraqlı layihələri ilə seçilən “Nar”ın, abunəçilər və sosial şəbəkə iştifadəçiləri üçün elan etdiyi “Nar”ı nə qədər yaxşı tanıyırsan?” müsabiqəsi yekunlaşdı. 10-12 oktyabr tarixləri arasında internet üzərindən keçirilən müsabiqədə iştirak edənlərin hamısı mobil operator tərəfindən pulsuz danışıq dəqiqələri qazanandılar.
“Nar” kampaniyaları, məhsul, xidmət və tarifləri haqqında məlumatı nar.az internet səhifəsindən öyrənmək olar.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 7000-dən artıq baza stansiyası ilə 2,1 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.