Yuxarı
    Bağlamaq

    Müəllif Hüquqları Agentliyinin “Elektron hökumət” portalındakı 5 elektron xidməti yenilənib

    Xidmətdən istifadə etmək üçün “Elektron hökumət” portalında qeydiyyatdan keçmək lazımdır

    Bakı. 16 noyabr. REPORT.AZ/ Müəllif Hüquqları Agentliyinin “Elektron hökumət” portalında mövcud olan 5 elektron xidməti yenilənib. 

    Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzindən "Report"a daxil olan məlumata görə, yenilənən xidmətlərə “Əlaqəli hüquqlar obyektinin qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu”, “İnteqral sxem topologiyalarının dövlət qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu”, “Müəlliflik hüququ ilə qorunan məlumat toplularının qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu”, “Müəlliflik hüququ obyektinin qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu” və “Xüsusi qorunma hüququ ilə qorunan məlumat toplularının qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu” daxildir.

    Adıçəkilən xidmətlər istifadəçi rahatlığı təmin edilməklə, daha da optimallaşdırılıb, istifadəçilərə elektron xidmətin göstərilməsinin gedişatı barədə elektron məlumat almaq imkanı yaradılıb.

    Qurumun təqdim etdiyi xidmətlər qeydiyyatlı olduğundan xidmətdən istifadə etmək üçün “Elektron hökumət” portalında qeydiyyatdan keçmək vacib şərtdir.

    Bu qurumun elektron xidmətlərində müəlliflik hüququ obyektlərinin qeydiyyatı qaydaları, təlimatı, ərizə blanklarının elektron forması yerləşdirilib. Həmçinin şəxslərin elektron xidmətlərbölməsindən maneəsiz, sərbəst istifadəsi, eləcə də elektron müraciətlərə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə baxılması təmin edilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi