Mobil Dünya Konqresi koronavirusa görə ləğv edildi

Mobil Dünya Konqresi koronavirusa görə ləğv edildi Fevralın 24-27-də İspaniyanın Barselona şəhərində keçirilməsi planlaşdırılan Mobil Dünya Konqresi (MWC 2020) ləğv olunub.
İKT
12 Fevral , 2020 20:53
Mobil Dünya Konqresi koronavirusa görə ləğv edildi

Fevralın 24-27-də İspaniyanın Barselona şəhərində keçirilməsi planlaşdırılan Mobil Dünya Konqresi (MWC 2020) ləğv olunub.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə qərar tədbirin təşkilatçısı GSM birliyinin (GSMA) İdarə Heyətinin iclasında qəbul olunub.

Məlumata görə, ümumilikdə 100 min qonağın iştirak etməsi gözlənilən tədbirə Çindən 6 mindən çox insanın gəlməsi gözlənilirdi. Amma koronavirus səbəbindən 1 100-dən çox insanın ölümündən sonra dünyanın texnologiya nəhəngləri ardıcıl olaraq tədbirdə iştirak etməyəcəklərini açıqlamışdılar.

Onların arasında LG, “Sony”, “Amazon”, “AT&T”, “Vodafone”, “İntel”, “Nvidia” kimi sektorun nəhəng şirkətləri də var.

Son xəbərlər

Orphus sistemi