Azərbaycanda mobil cihazlarla bağlı elektron xidmətdən istifadənin sayı artıb

Azərbaycanda mobil cihazlarla bağlı elektron xidmətdən istifadənin sayı artıb İyul ayı ilə müqayisədə artım 23% olub
İKT
14 Sentyabr , 2015 10:21
Azərbaycanda mobil cihazlarla bağlı elektron xidmətdən istifadənin sayı artıb

Bakı. 14 sentyabr. REPORT.AZ/ Bu ilin avqust ayında Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) mobil cihazlarla bağlı daha bir elektron xidmətindən istifadə sayı artıb.

RYTN-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, iyul ayı ilə müqayisədə 22,6% artımın qeydə alındığı “Mobil cihazların IMEI kodunun yoxlanılması” xidmətinə ötən ay 49 469 dəfə müraciət edilib.

Bu xidmətlə mobil cihazların müvafiq standartlara uyğun olub-olmaması barədə məlumat əldə etmək mümkündür. Bunun üçün portalda həmin elektron xidməti seçib, telefonun “IMEI” kodunu müvafiq xanaya daxil edərək yoxla düyməsini seçmək tələb olunur.

Son xəbərlər

Orphus sistemi