​"Microsoft"yeni "Windows 10" sistemini təqdim edib

​"Microsoft"yeni "Windows 10" sistemini təqdim edib Yeni əməliyyat sistem "Windows Phone 8.1", "Windows 8" və "Windows 7" istifadəçiləri üçün il ərzində pulsuz olacaq
İKT
23 Yanvar , 2015 11:19
​Microsoftyeni Windows 10 sistemini təqdim edib

Bakı. 23 yanvar. REPORT.AZ/ "Microsoft" Korporasiyası yeni, "Windows 10" əməliyyat sistemini təqdim edib.

"Report"un məlumatına görə, təqdimatda çıxış edən "Windows" istehsalı şöbəsinin rəhbəri Terri Mayerson qeyd edib ki, yeni sistem "Windows Phone 8.1", "Windows 8" və "Windows 7" istifadəçiləri üçün il ərzində tam pulsuz olacaq.

Korporasiyanın nümayəndəsi bildirib ki, "Microsoft" əvvəlki "Start" menyusunu qaytarıb. Yeni əməliyyat sistemində əsas yeniliklərdən biri "Cortana" səs köməkçisinin bütün qurğular tərəfindən dəstəklənməsidir. İstifadəçilərlə qarşılıqlı əlaqə zamanı "Cortana" müvafiq məlumat toplayır və onu gələcəkdə daha uğurlu qarşılıqlı əlaqə üçün istifadə edir.

Daha bir yenilik əvvəlcədən anons olunan "Cortana" səs koməkçisi quraşdırılan "Spartan" brauzeridir. Onun əsas xüsusiyyətindən biri brauzer rejimində səhifələrdə qeydlərin saxlanılmasıdır. Onları paylaşmaq üçün elektron poçt və ya sosial şəbəkələrdən istifadə etmək mümkündür.

"Microsoft"un yeni məhsullarından biri reallıq eynəkləri olub. Eynəklərə xüsusi olaraq "HoloStudio" proqramı hazırlanıb ki, bu proqram istifadəçilərə yaradılan 3D obyektlərinin mübadiləsinə, həmçinin 3D printer vasitəsilə alınmış şəkilləri çap etməyə imkan yaradır.

Son xəbərlər

Orphus sistemi