"Microsoft": "Windows 10" bir ayda 75 mln. qurğuda quraşdırılıb

"Microsoft": "Windows 10" bir ayda 75 mln. qurğuda quraşdırılıb Payızda əməliyyat sisteminin smartfonlar üçün versiyasının çıxacağı gözlənilir
İKT
27 Avqust , 2015 11:24
Microsoft: Windows 10 bir ayda 75 mln. qurğuda quraşdırılıb

Bakı. 27 avqust. REPORT.AZ/ “Windows 10” əməliyyat sistemi tətbiq olunduğu bir ay ərzində dünyada 75 mln.-dan çox qurğuda quraşdırılıb. “Report” xarici mediaya istinadən bildirir ki, bu barədə “Microsoft” korporasiyasının vitse-prezidenti Yusuf Mehdi (Yusuf Mehdi) məlumat verib.

İlk günlərdə orta hesabla 162 quraşdırma həyata keçirilib. Əməliyyat sistemi çıxdığı ilk 9 gündə quraşdırmaların sayı 27 mln.-a, 2,5 həftədən sonra 53 mln.-a çatıb. “Microsoft” nümayəndələri “Windows 10” ilə uyğunluq təşkil edən qurğuların sayının kəskin artdığını bildirirlər. Belə ki, 90 min müxtəlif noutbuk və planşet modeli yeni əməliyyat sisteminədək yenilənib və yenilənməni bütün yeni istifadəçilər almaqda davam edir. Bu səbəbdən yaxın vaxtlarda əməliyyat sisteminin nüfuzetmə səviyyəsinin azalmasını gözləməyə dəyməz.

Hesabat dövründə “Windows” əlavələr mağazasından yükləmələrin sayı "Windows 8” mağazası üçün analoji göstərici ilə müqayisədə 6 dəfə artıb. ABŞ istehsalçısı yaxın üç ildə "Windows 10”un 1 mlrd. dəfə quraşdırılmasına nail olmaq niyyətindədir. Hazırda əməliyyat sisteminin “Home” və “Pro”, eləcə də "Enterprise” və “Education” versiyalarını yükləmək olar.

Korporasiya, həmçinin “Windows 10” üçün “Threshold 2” adlanan və cari ilin oktyabrında təqdim ediləcək ilk yenilənmə üzərində iş aparır. Əməliyyat sisteminin smartfonlar üçün versiyasının da payızda çıxacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi