Yuxarı

“Microsoft” şirkətlərə 1 mlrd. dollarlıq proqram təminatını pulsuz verəcək

Şirkət bunu xeyriyyə məqsədilə edir

Bakı. 21 yanvar. REPORT.AZ/ “Microsoft Philanthropies” xeyriyyə təşkilatı “Microsoft Research” və “Business Development” bölmələrinin dəstəyi ilə növbəti üç il ərzində bütün dünya üzrə qeyri-kommersiya strukturları və tədqiqat universitetlərinə 1 mlrd. ABŞ dolları məbləğində bulud xidmətlərini ianə verəcək.

"Report" xəbər verir ki, belə bir açıqlama ilə “Microsoft” Korporasiyasının prezidenti Satya Nadella çıxış edib.

O bildirib ki, bu müddət ərzində texniki dəstəkdən 70 min qeyri-kommersiya təşkilatı faydalanacaq.

Məlumata görə, yeni təşəbbüsün məqsədi bundan öncə “Microsoft” Korporasiyası tərəfindən elan olunmuş qlobal hədəfin həyata keçirilməsidir: geniş miqyasda qlobal iqtisadi və sosial problemlərin həlli üçün bulud hesablamalarının əlçatan olması. Korporasiya qeyri-kommersiya təşkilatlarını əlavə bulud resursları ilə təchiz etməyə və universitet tədqiqat qruplarının texnologiyalara çıxışını genişləndirməyə çalışır.

Bu məqsəd qeyri-kommersiya təşkilatları üçün “Azure”, “Office 365”, “Power BI”, “CRM Online” və “Enterprise Mobility Suite” daxil olmaqla bulud xidmətləri, əlavə universitet elmi-tədqiqat işlərini dəstəkləmək üçün “Microsoft Research” qrant proqramı olan “Azure for Research”ı genişləndirmək və "Microsoft Business Development” və “Microsoft Philanthropies” birgə proqramı olan “Affordable Access Initiative”ın iştirakçılarının sayını ən azından dünyanın 15 ölkəsində 2017-ci ilin ortalarınadək 20 layihəyə çatdırmaq vasitəsilə həyata keçiriləcək.

Ötən ilin sonunda yaradılmış “Microsoft Philanthropies” xeyriyyə təşkilatının məqsədi hazırda mövcud olan qeyri-kommersiya strukturlarına ianə və kompüter təhsilinə maliyyə yardımını daxil edən xeyriyyəçilik proqramını genişləndirməkdir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi