“Microsoft” Qazaxıstan və MDB regionu üzrə yeni baş direktor təyin edib

“Microsoft” Qazaxıstan və MDB regionu üzrə yeni baş direktor təyin edib O, ötən il ərzində bu vəzifədə çalışmış Konstantin Nazarovu əvəz edəcək
İKT
7 Mart , 2017 20:15
“Microsoft” Qazaxıstan və MDB regionu üzrə yeni baş direktor təyin edib

Bakı. 7 mart.REPORT.AZ/ “Microsoft” korporasiyası aprelin 1-dən Ronald Binkofskinin “Microsoft Kazakhstan” şirkətinin baş direktoru və eyni zamanda, MDB regionu üzrə rəhbər təyin edildiyini açıqlayıb. 

Şirkətdən "Report"a daxil olan məlumata görə, R.Binkofski ötən il ərzində bu vəzifədə çalışmış Konstantin Nazarovu əvəz edəcək.

R.Binknofski Azərbaycan, Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Özbəkistan, Tacikistan və Türkmənistanı özündə birləşdirən regionda biznesin inkişafına cavabdeh olacaq. Bu vəzifəyə təyin olmamışdan öncə R.Binkofski 4 il ərzində “Microsoft Poland” şirkətinə, daha əvvəl isə 2,5 il ərzində “Microsoft Romania” şirkətinə rəhbərlik edib.

“Həm bu gün, həm də gələcəkdə inkişaf üçün böyük potensiala malik olan bu regionun, ölkənin bir parçası olacağımdan məmnunam. Komandamızla birgə biz müştəri və tərəfdaşlarımıza dəstək göstərməyi davam edəcək, texnologiyaların tətbiqində və rəqəmsal transformasiyalar dövründə biznesin və həyatın bütün sahələrində inkişafa yardım göstərəcək” - R.Binkofski bildirib.

O 10 ildən çoxdur “Microsoft” şirkətində çalışır və biznesin idarəedilməsi, satış, marketinq, əməliyyatların və dəyişikliklərin idarəedilməsi sahələrində böyük təcrübəyə malikdir. Karyerasına “Software AG” şirkətində Mərkəzi və Şərqi Avropa üzrə regional menecer kimi başlayıb, buna qədər isə şəxsi biznesini idarə edib.

R.Binkofski Krakovda (Polşa) Yagelon Universitetininin tətbiqi riyaziyyat fakültəsini bitirib və “INSEAD” biznes məktəbinin “Advanced Management” proqramı üzrə məzunu olub. Bundan başqa, o, Almaniyanın Höte adına Frankfurt Universitetində rus dilini öyrənib.

Son xəbərlər

Orphus sistemi