Yuxarı
    Bağlamaq

    "Microsoft Azərbaycan"da yeni təyinat olub

    Şirkətə İctimaiyyətlə əlaqələr və kommunikasiya üzrə yeni regional menecer təyin edilib

    Bakı. 22 sentyabr. REPORT.AZ/ "Microsoft Azərbaycan" şirkətinin komandasına yeni kadr əlavə olunub. 

    "Report" xəbər verir ki, şirkətə İctimaiyyətlə əlaqələr və kommunikasiya üzrə yeni regional menecer təyin edilib.

    Bu vəzifəni icra edəcək Yelena Muhsinova Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Monqolustan, Belarus, Ermənistan, Tacikistan, Qırğızıstan da daxil olmaqla, 9 ölkəyə nəzarət edəcək. 

    O, bundan öncə "IBM", "ISMG", "Xerox" kimi beynəlxalq şirkətlərdə marketinq və ictimaiyyətlə əlaqələr vəzifələrində çalışıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi