Yuxarı
    Bağlamaq

    ​"Microsoft-Azərbaycan" şirkəti 50 min dollarlıq proqram təminatını pulsuz təqdim edəcək

    Bu imkan nazirliyin parkında işləyən startaperlərə təqdim ediləcək.

    Bakı. 4 sentyabr. REPORT.AZ / "Microsoft-Azərbaycan" şirkəti "BizSpark" proqramı çərçivəsində startap müəlliflərinə 50 min dollarlıq pulsuz proqram təminatı təqdim edəcək.

    Şirkətin rəhbəri Rüfət Hacıbəyovun Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə verdiyi məlumata əsasən bu imkan nazirliyin parkında işləyən startaperlərə təqdim ediləcək.

    "Bu imkan bizim Yüksək Texnologiyalar Parkı ilə imzaladığımız memorandum çərçivəsində təqdim ediləcək. Startaperlər "Microsoft"un bu proqramlarını öz startaplarının yaradılması üçün platforma kimi istifadə edə bilərlər. Gələcəkdə Texnopark tam gücü ilə işə başladıqdan sonra hər bir startap layihəsi üzrə ayrıca müqavilələr bağlana bilər. Eyni zamanda, biz İT kadrların peşəkar potensialının artırılması sahəsində Yüksək Texnologiyalar Parkına dəstək olmaq niyyətindəyik", - deyə R.Hacıbəyov qeyd edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi