“Microsoft” 1200 nəfər reklam işçisini ixtisar edir

“Microsoft” 1200 nəfər reklam işçisini ixtisar edir Korporasiyanın CEO-su idarəçilik siyasətini dəyişib
İKT
1 İyul , 2015 18:55
“Microsoft” 1200 nəfər reklam işçisini ixtisar edir

Bakı. 1 iyul. REPORT.AZ/ Son vaxtlar maliyyə çətinlikləri yaşayan “Microsoft” korporasiyası “web reklam” bölməsini bağlayaraq təxminən 1 200 adamı işdən çıxaracaq. 

“Report” xəbər verir ki, bu barədə “Bloomberg News” məlumat yayıb.

Məlumata görə, bağlanacaq bölmənin bəzi işçiləri “AOL” və “AppNexus”a transfer ediləcək. Bir qisim işçiyə isə fərqli mövqelərdə vəzifələr təklif olunacaq.

“Microsoft”da işdən çıxarmalara əsas səbəb kimi şirkətin CEO-su Satya Nadellanın əməliyyatlarda fərdi kompüter, bulud platforması və iş məhsuldarlığı olmaqla 3 əsas sahəyə fokuslanması, buna görə də bir sıra xüsusi əhəmiyyəti olmayan bölmələrin bağlanması göstərilir.

Son xəbərlər

Orphus sistemi