Yuxarı
    Bağlamaq

    Məlumat Hesablama Mərkəzi ilə Türkiyə şirkətləri arasında anlaşma memorandumu imzalanıb

    TÜBİTAK BİLGEM və HAVELSAN-la əməkdaşlıq ediləcək

    Bakı. 30 noyabr. REPORT.AZ/ Bu gün "Bakutel 2016" sərgi-konfransı çərçivəsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzi, Türkiyə elmi və texnoloji araşdırma qurumu informatika və məlumat təhlükəsizliyi yüksək texnologiyalar üzrə araşdırma mərkəzi (TÜBİTAK BİLGEM) və Hava Elektronik Sanayi və Ticarət AŞ (HAVELSAN) şirkətləri arasında anlaşma memorandumu imzalanıb.

    "Report"un məlumatına görə, tərəflər öz fəaliyyət sahələrini nəzərə alaraq imkan və bacarıqlarını birləşdirmək yolu ilə layihələr çərçivəsində daha məhsuldar işləyə biləcəkləri məsələsində ümumi fikrə gəliblər.

    Bu memorandum çərçivəsində xarakterizə edilən layihələrdə HAVELSAN və TÜBİTAK BİLGEM konsorsium ortağı, MHM isə müştəri funksiyasında çıxış edir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi