Yuxarı
    Bağlamaq

    "​Meliorasiya və Su Təsərrüfatı" ASC-nin elektron xidmətlərindən istifadə edənlərin sayı azalıb

    Elektron Hökumət portalında ümumilikdə 43 dövlət qurumunun 336 elektron xidməti qeydiyyatdan keçib

    Bakı. 24 yanvar. REPORT.AZ/ Ötən ilin dekabrında "Elektron Hökumət" portalı tərəfindən təqdim olunan e-xidmətlərdən 595 596 dəfə istifadə edilib. "Report"un məlumatına görə, bu barədə məlumat qurumun hazırladığı aylıq bülletendə qeyd olunub.

    Məlumata görə, ən çox Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron xidmətlərindən istifadə edilib. Bu qurumun ümumilikdə 8 xidmətinə müraciət edənlərin sayı 245 259 ədəd olub. Ən az isə "Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyətinin xidmətlərinə edilən müraciətlər olub. Belə ki, bu qurumun mövcud olan 2 elektron xidmətinə ümumilikdə 8 müraciət daxil olub.

    Xatırladaq ki, "Elektron Hökumət" portalında ümumilikdə 43 dövlət qurumunun 336 elektron xidməti qeydiyyatdan keçib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi