​Məktəblilər Yüksək Texnologiyalar Parkının fəaliyyəti ilə tanış olub - FOTO

​Məktəblilər Yüksək Texnologiyalar Parkının fəaliyyəti ilə tanış olub - FOTO Gənclər üçün təqdimat keçirilib
İKT
15 May , 2015 20:21
​Məktəblilər Yüksək Texnologiyalar Parkının fəaliyyəti ilə tanış olub - FOTO

Bakı. 15 may. REPORT.AZ/ Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) və Təhsil Nazirliyi arasında birgə həyata keçirilən layihə çərçivəsində məktəblilər Yüksək Texnologiyalar Parkı ilə tanış olublar. 

Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Bakı şəhəri 160 saylı orta məktəbin şagirdlərindən ibarət gənc ziyarətçilərə ölkədə İKT sektorunun inkişafı üzrə həyata keçirilən islahatlar, bu sahədə görülən işlərə dair kiçik təqdimat keçirilib, eyni zamanda Yüksək Texnologiyalar Parkının fəaliyyəti haqda məlumat verilib.

Qeyd edilib ki, Yüksək Texnologiyalar Parkı - informasiya və kommunikasiya texnologiyaları, telekommunikasiya və kosmos, enerji səmərəliliyi sahələrində tədqiqatlar aparılması, yeni və yüksək texnologiyaların hazırlanması üçün zəruri infrastrukturu, maddi-texniki bazası və idarəetmə qurumları olan ərazidir. “YT Park”ın qurulmasında əsas məqsəd iqtisadiyyatın davamlı inkişafı və rəqabət qabiliyyətinin artırılması, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan informasiya və kommunikasiya texnologiyaları sahələrinin genişləndirilməsi, elmi tədqiqatlar aparılması və yeni informasiya texnologiyalarının işlənilməsi üzrə müasir komplekslərin yaradılmasının təmin edilməsidir.

Hazırda İnkubasiya Mərkəzində 38 layihə fəaliyyətini davam etdirir. Eyni zamanda “YT Park” MMC-nin Mingəçevir şəhərində istifadəsində olan 1,3 hektar torpaq sahəsində Mingəçevir Yüksək Texnologiyalar Parkı yaradılıb. Park innovasiya məhsulunun və yüksək texnologiyaların hazırlanması, işlənilməsi və ya təkmilləşdirilməsi məqsədi ilə elmi tədqiqatların və təcrübə-konstruktor işlərinin aparılması və onların nəticələrinin tətbiqi üzrə işləri həyata keçirir. Beynəlxalq əlaqələrin genişləndirilməsinə gəlincə, “YT Park” MMC artıq Elmi-Texnoloji Parklar və İnnovativ Ərazilər üzrə Beynəlxalq Təşkilata (WTA) üzv qəbul olunmuş və təşkilatın müşahidəçi üzvü seçilib.

Son xəbərlər

Orphus sistemi