Yuxarı

Mayda e-Hökumət portalına 763 min daxilolma qeydə alınıb

Portala müraciət edənlərin 28,5%-ni yeni, 71,5%-ni isə təkrar müraciət edənlər təşkil edib

Bakı. 9 iyun. REPORT.AZ/ Bu ilin may ayında elektron hökumət (e-Hökumət) portalına ümumilikdə 763 408 daxilolma qeydə alınıb, müraciət edənlərin ümumi sayı isə 277 065 nəfər olub. "Report" xəbər verir ki, bu barədə elektron hökumət portalının növbəti aylıq bülletenində məlumat verilib.

Həmin şəxslər 2 266 032 dəfə müxtəlif səhifələrə keçid və 1 467 127 xidmətə müraciət ediblər. Bütün bu işlər üçün isə ortalama 4 dəqiqə 27 saniyə vaxt sərf olunub. Müraciət edənlərin 23,7%-i yeni, 76,3%-i isə təkrar müraciət edən istifadəçilər olub.

Bülletendə 2012-ci ilin dekabrından 2015-ci ilin mayın 31-nə qədər daxil olan istifadəçilər haqqında da məlumat yer alıb. Hesabata görə, qeyd edilən dövr ərzində 6 655 140 dəfə portala daxilolma qeydə alınıb. Müraciət edənlərin ümumi sayı isə 1 891 533 nəfər olub ki, onlar da 11 629 805 elektron xidmətlərə müraciət ediblər. Həmin şəxslər ortalama 5 dəqiqə 39 saniyə vaxt sərf etməklə 23 800 474 dəfə müxtəlif səhifələrə keçid ediblər. Bu dövr ərzində portala müraciət edənlərin 28,5%-ni yeni, 71,5%-ni isə təkrar müraciət edənlər təşkil edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi