Yuxarı
    Bağlamaq

    “Mastercard”ın Bakı ofisi rebrendinq ilə əlaqədar açıqlama yayıb

    ​“Mastercard” rebrendinq edir

    Bakı. 10 yanvar. REPORT.AZ/ Qlobal ödəniş texnologiyaları təchizatçısı olan “Mastercard” şirkətinin Bakıdakı ofisi loqotipinin rebrendinqi ilə bağlı açıqlama yayıb. “Report” şirkətin Bakıdakı ofisinə istinadən xəbər verir ki, loqodan şirkətin adı götürülərək yalnız kəsişən iki dairə saxlanılacaq. Şirkətin rəhbərliyi hesab edir ki, “Mastercard”ın iki kəsişən dairə şəklində olan simvolu şirkəti bir sözdən daha yaxşı təmsil edir, müasir dizayn isə loqoya rəqəmsal məkanda maneəsiz işləməyə imkan verəcək.

    “Rəqəmsal texnologiyalar dövründə fikri dəyişmək müasir bəsitlik tələb edir. İnsanların 80%-i “Mastercard”ın rəmzini sözsüz belə tanıyır, bu səbəbdən düşündük ki, brendin inkişafı istiqamətində növbəti addımın atılmasına hazırıq”, - deyə “Mastercard”ın marketinq və kommunikasiyalar üzrə direktoru Raca Racamannar bildirib.

    Qeyd edək ki, qırmızı və sarı rəngdə olan qapalı dairələr “Mastercard” brendinin 50 ildən çox bir müddət ərzində fərqləndirici nişanı olub. Bu da brendin məqsədini insanların qiymətsiz imkanları ilə simvolizə edirdi. Şirkətdən bildirilib ki, dərhal tanınan dairələr insanları tələbatlarına yaxınlaşdıran və onlara tranzaksiyaların təhlükısiz olduğuna inam verən güclü bir rəmzdir.

    “Biz elə bir dövrdə yaşayırıq ki, sözdən daha çox işarələr və simvollarla danışırıq. 1966-cı ildə təsis olunduğu andan etibarən “Mastercard” iki kəsişən dairə ilə təmsil olunurdu, sarı və qırmızı. Hazırda “Mastercard” adı ilə deyil, simvolu ilə təmsil olunan elit brendlər sırasına daxildir. “Mastercard”ın bir-biri ilə əlaqəli iki dairə şəklidə olan simvolu həmişə şirkətin insanları birləşdirmək tərəfdarı olduğunu təmsil edib. İndi bu qavrayış “Mastercard”ın simvolik brend statusu sayəsində güclənəcək”, - deyə “Pentagram” dizayn agentliyinin tərəfdaşı Maykl Berut qeyd edib.

    Xatırladaq ki, "MasterCard"ın öz loqotipindən şirkətin adını çıxartması ilə bağlı xəbər yanvarın 7-də yayılıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi