Yuxarı

​Maliyyə Nazirliyi tender elan edib

Tender nazirlik üçün server avadanlıqları, lisenziyalı əməliyyat sistemləri və proqram təminatının alınması üçün keçirilir

Bakı. 3 fevral. REPORT.AZ/ Azərbaycan Maliyyə Nazirliyi nazirlik üçün server avadanlıqları, lisenziyalı əməliyyat sistemləri və proqram təminatının alınması məqsədilə tender elan edib. 

"Report"un nazirliyə istinadən verdiyi xəbərə görə, tenderdə iştirak etmək üçün iddiaçılar ərizə, iştirak haqqının ödənilməsi barədə bank sənədi təqdim etməlidir.

Tender təklifləri 2015-ci il martın 18-dək Maliyyə Nazirliyinin müasir texnologiyalar və avtomatlaşdırılmış idarəetmə sistemləri şöbəsinə təqdim olunmalıdır. Tender təkliflərində iddiaçı tender predmetini səciyyələndirən bütün parametrləri, o cümlədən işin icrasının texniki cəhətləri, icra müddəti, dəyəri, hesablaşma forması, işin icra yerini göstərməlidir. İddiaçının yazılı şəkildə hazırladığı tender təklifi iki zərfə qoyulmalı və hər iki zərf iddiaçı tərəfindən imzalanıb möhürlənməlidir.

İddiaçı təqdim etdiyi sənədlərdə tam adı, ünvanı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə, texniki-istehsalat (işinin əsas istiqamətləri) fəaliyyəti barədə məlumat bildirməli, son bir il əzində maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış və təklifin dəyərinin 5%-i həcmində bank təminatı təqdim etməlidir.

Tenderdə iştirak edən iddiaçılar Maliyyə Nazirliyinə müraciət etdikdən və tenderdə iştirak üçün lot-1 (Maliyyə Nazirliyin mərkəzi aparatının daxili səbəkəsi üçün əlavə server avadanlıqlarının alınması) üzrə 500 manat, lot-2 (Maliyyə Nazirliyinin daxili şəbəkəsinin idarə edilməsi üçün lisenziyalı əməliyyat sistemləri və proqram təminatının alınması) üzrə 900 manat ödədikdən sonra tenderin şərtlər toplusunu ala bilərlər.

Tender prosedurası 2015-ci il martın 19-da saat 11:00-da Maliyyə Nazirliyində keçiriləcək. Tender təklifinin qəbulu və əlavə məlumat almaq üçün əlaqələndirici şəxs şöbənin baş məsləhətçisi Elçin Qasımovdur (tel.: (99412) 404-47-28; faks: (99412) 404-47-20).

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi