Bakı. 6 aprel. REPORT.AZ/ Macarıstanın rabitə və kommunikasiyalar məsələləri üzrə dövlət katibi Zoltan Karoy Şoymar aprelin 7-də Azərbaycana səfər edəcək.
Macarıstanın Azərbaycandakı səfiri Jolt Çutora "Report"a bildirib ki, səfər zamanı dövlət katibi Azərbaycanın rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə ilə görüşəcək.
Səfirin sözlərinə görə, görüşdə informasiya texnologiyaları üzrə işçi qrupunun yaradılması məsələsi müzakirə olunacaq: "Aprelin 21-22-də Budapeştdə Macarıstan-Azərbaycan dövlətlərarası iqtisadi komissiyasının iclası keçiriləcək və iclas çərçivəsində bu məsələ ətraflı şəkildə müzakirə olunacaq".
Qeyd edək ki, Z.K.Şoymar və E.Vəlizadə Azərbaycan-Macarıstan dövlətlərarası iqtisadi komissiyasının həmsədrləridir.