"Kvotter" - mobil sosial şəbəkəsi istifadəyə verilib

"Kvotter" - mobil sosial şəbəkəsi istifadəyə verilib Kvotter - kitablardan sitat paylaşmaq üçün yeni mobil sosial şəbəkədir
İKT
21 Sentyabr , 2016 15:06
Kvotter - mobil sosial şəbəkəsi istifadəyə verilib

Bakı. 21 sentyabr. REPORT.AZ/ "Bakcell" şirkəti “Applab” proqramının iştirakçısı olan “Kvotter” layihəsinin növbəti uğurunu elan edir. 

Bu barədə "Report"a şirkətdən bildirilib. 

Məlumata görə, “Kvotter” adlı tətbiqin beta versiyası "Android" platformalı cihazlar üçün istifadəyə verilib. 

"Kvotter" - kitablardan sitat paylaşmaq üçün yeni mobil sosial şəbəkədir. Onu yükləməklə, istifadəçilər oxuduqları kitabdan bəyəndiklər sitatın şəklini çəkərək, tətbiq vasitəsilə onu mətnə çevirə, yazıçının və kitabın adını qeyd etməklə həm yaddaşda saxlaya, həm də dostları ilə paylaşa bilər. Bundan əlavə, "Kvotter" vasitəsi ilə dostların nə oxuduqlarını və hansı sitatları paylaşdığını görmək, bəyənə mümkündür. "Kvotter" tətbiqini yükləmək üçün bu keçiddən istifadə etmək olar https://play.google.com/store/apps/details?id=az.kvotter&hl=ru

Kvotter layihəsi haqqında əlavə məlumatı isə bu keçiddən əldə etmək olar: https://www.facebook.com/kvotter/videos/1734110983480573/

Xatırladaq ki, bir müddət öncə "Applab" iştirakçılarının “Telefonica Open Future” proqramının startaplar üçün akselerasiya proqramı olan "Wayra UK" şirkətinə təqdim ediyi 11 layihədən 4-ü xüsusi maraqla qarşılanaraq növbəti seçim prosesindən müvəffəqiyyətlə keçib. "Kvotter" də bu uğurlu layihələr sırasındadır. Son seçim mərhələsindən uğurla keçmiş layihələrə 70.000 ingilis funt sterlinqi məbləğində investisiya yatırılacaq. Bu investisiya bərabər şəkildə xidmətlərin təşkili və inkişafı məqsədlərinə yönəldilir. 

"Bakcell" və “Wayra UK” şirkətləri arasında əməkdaşlıq əlaqələri 2015-ci ilin sonlarında qurulub. Bu əməkdaşlığın əsas məqsədi Azərbaycandan olan developerlərin startap layihələrini inkişaf etdirmək və onlara beynəlxalq bazara çıxış imkanı yaratmaqdır.

"Bakcell" şəbəkəsi 5300-dən çox baza stansiyası sayəsində əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. “Bakcell”in 3G xidməti Azərbaycanın bütün regionlarında mövcud olmaqla əhalinin 93%-ni əhatə edir. 

Son xəbərlər

Orphus sistemi