​“Küçə uşaqlarının reinteqrasiyası və reabilitasiyası” proqramı həyata keçirilir

​“Küçə uşaqlarının reinteqrasiyası və reabilitasiyası” proqramı həyata keçirilir Bu təşəbbüs "Ümid Yeri” uşaq sığınacağında reallaşdırılır
İKT
17 Noyabr , 2015 19:27
​“Küçə uşaqlarının reinteqrasiyası və reabilitasiyası” proqramı həyata keçirilir

Bakı. 17 noyabr. REPORT.AZ/ “Ümidli Gələcək Gənclər Təşkilatı" İB "Azercell Telekom" MMC-nin təşəbbüsü və xahişi ilə “Ümid Yeri” uşaq sığınacağında “Küçə uşaqlarının reinteqrasiyası və reabilitasiyası” proqramını həyata keçirməyə başlayıb.

"Azercell"dən "Report"a daxil olan məlumata görə, proqram çərçivəsində uşaqların ilkin sosial, psixoloji və hüquqi ehtiyacları qiymətləndirilir, küçə həyatına məruz qalmağın səbəbləri araşdırılır və bunun əsasında fərdi qayğı və inkişaf planı tərtib edilir. Həmin plan əsasında uşaqların psixoloji, hüquqi və s. problemlərinin həlli, təhsilə qayıtması və müvafiq peşəyə yiyələnməsi üçün tədbirlər görülür. Eyni zamanda, uşaqların valideynləri və ya yaxın və uzaq qohumlarının axtarışı aparılır, uşaqların ailəsinə qovuşması üçün lazımi tədbirlər həyata keçirilir.

Qeyd edək ki, bu proqram "Azercell"in “Ümidli Gələcək” İB ilə birgə əməkdaşlıqda həyata keçirdiyi ilk layihə deyil. Hələ 2010-cu ildə uşaq və gənclərə psixoloji və emosional dəstəyin göstərilməsi, onların müxtəlif xidmətlərə yönəldilməsini təmin etmək məqsədilə "Azercell"in dəstəyi ilə “Azərbaycan Uşaq Qaynar Xətt Xidməti” yaradılıb. “Azərbaycan Uşaq Qaynar Xətt Xidməti"nin əsas məqsədi problemlə üzləşmiş hər bir uşağa, onların problemi ilə əlaqədar istənilən şəxsə sosial xidmət, psixoloji və hüquqi yardım, emosional dəstək göstərmək, uşaqların üzləşdikləri çətinliklərin və problemlərin həllinə dair məsləhətlər vermək, tələb olunduqda isə onları müvafiq sosial xidmətlərə yönəltməkdir. Fəaliyyət göstərdiyi 5 il ərzində “Azərbaycan Uşaq Qaynar Xətt Xidməti"nə müxtəlif problemləri əhatə edən 11 500-dən çox zəng daxil olub.

Son xəbərlər

Orphus sistemi