Yuxarı

Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianələrin köçürülməsi asanlaşdırılıb

​Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianələrin köçürülməsi asanlaş

384

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi Koronavirusla Mübarizəyə Dəstək Fonduna “Smartpay” elektron ödəniş sistemi üzərindən ianələrin köçürülməsi üçün texniki imkan yaradıb.

Nazirlikdən “Report”a verilən məlumata görə, hazırda bu sistem üzərindən respublikanın bütün regionlarını əhatə edən “Azərpoçt” MMC-nin filialları və şöbələrində, “Naxçıvanbank”ın ödəmə terminallarında, həmçinin evdən çıxmadan “kassam.az” (https://kassam.az/payment/service/897) və “smartpay.az”(https://smartpay.az/payment/service/771) saytlarında ianə etmək mümkündür.

Tezliklə “Modenis” MMC (eManat), “Mobile Payment Systems-Portmanat” MMC (https://portmanat.az/), “KomTek Ltd” MMC (MilliÖn ödəmə sistemləri), “Paysis” MMC (EPUL) kimi şirkətlər də “Smartpay” ödəniş sisteminə inteqrasiya olunacaq. Belə ki, adıçəkilən şirkətlər koronavirusla mübarizəyə dəstək olaraq xidmət haqqı tutmadan vətəndaşların ianələrini rahat şəkildə köçürmələrinə şərait yaradacaq.

Xatırladaq ki, Koronavirusla Mübarizəyə Dəstək Fondu Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən yaradılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi