​Koreyalı ekspertlər Azərbaycan Texniki Universitetində qiymətləndirmə aparır

​Koreyalı ekspertlər Azərbaycan Texniki Universitetində qiymətləndirmə aparır Ümumi büdcəsi 2 mln. dollar olan layihənin qiymətləndirilməsi aparılır
İKT
13 Fevral , 2015 12:38
​Koreyalı ekspertlər Azərbaycan Texniki Universitetində qiymətləndirmə aparır

Bakı. 13 fevral. REPORT.AZ/ Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (Korea International Cooperation Agency, KOICA) 2011-2013-cü illərdə icra edilən "Azərbaycan Texniki Universitetinin Təhsil İnformasiya Sisteminin yradılması Layihəsi"nin başa çatdırılması ilə bağlı qiymətləndirmə aparmaq üçün ekspertlərdən ibarət qrup təşkil edib.

"Report"a KOICA-nın Azərbaycandakı nümayəndəliyindən verilən məlumata görə, qiymətləndirmənin əsas məqsədi qrant əsasında həyata keçirilən layihənin İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) İnkişaf Yardımı Komitəsinin (DAC) meyarlarına uyğunluğunun yoxlanılması, layihənin öz ilkin hədəflərinə çatıb-çatmadığını və layihəni həyata keçirən təşkilatların gələcək layihələr üçün hansı nəticələr hasil etdiyini öyrənməkdən ibarətdir.

Layihənin sonunda aparılan qiymətləndirmə KOICA-ya layihənin bütöv prosesini və nailiyyətlərini nəzərdən keçirməyə, həmçinin gələcəkdə layihə effektivliyini artırmaq üçün nələrin gərəkli olduğunu öyrənməyə imkan verir. Həmçinin qiymətləndirmənin nəticələrinə uyğun olaraq, öyrənilmiş ən mükəmməl təcrübə və dərslər layihələrin gələcəkdə daha da təkmilləşdirilməsində tətbiq edilmək üçün müəyyən ediləcək.

Qiymətləndirmə qrupu 3 nəfər professor və 1 nəfər ekspertdən ibarət olub,  ATU-nu ziyarət ediblər, Universitetin rektoru, professorları, təlim proqramının iştirakçıları və digər əlaqədar şəxslərlə bir sıra görüşlər keçiriblər.

KOICA-nın 2 mln. dollar büdcəyə malik olan bu layihəsinin icrasına 2011-ci ildə başlanılıb. Layihənin məqsədi ATU-nun idarəetmə sisteminə Koreya İT innovasiyalarının tətbiqi, e-Universitet sisteminin yaradılması, universitet nəznindəki işlərin avtomatlaşdırılması və onlayn distant təhsilin təmin edilməsindən ibarətdir.

Layihə çərçivəsində Akademik Təhsil, Portal, "Groupware" və "e-Təhsil" sistemləri və müasir avadanlıqlar quraşdırılıb. Layihənin icrasına nəzarət etmək, yerli işçi heyəti üçün təlimlər keçmək, bilik və bacarıqların bölüşdürülməsi üçün koreyalı ekspertlər ATU-ya ezam olunub.

Son xəbərlər

Orphus sistemi