​Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi "Skype"la bağlı açıqlama yayıb

​Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi "Skype"la bağlı açıqlama yayıb Mərkəz yayılmış məlumatları tamamilə uydurma adlandırıb
İKT
7 İyul , 2015 13:10
​Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi Skypela bağlı açıqlama yayıb

Bakı. 7 iyul. REPORT.AZ/ Azərbaycanda “Skype”ın bağlanmasına dair yayılmış məlumatlarla bağlı Xüsusi Dövlət Mühafizə Xidməti (XDMX) Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi bildirir ki, “Skype”ın XDMX tərəfindən qəsdən bağlanması ilə bağlı yayılmış məlumatlar tamamilə uydurulub və həqiqəti əks etdirmir.

Agentlikdən "Report"a daxil olan məlumata əsasən, XDMX yalnız dövlət orqanlarının şəbəkələri və internet informasiya ehtiyatlarının təhlükəsizliyinin təmin olunmasını təşkil edir.

Ümumilikdə, respublikanın internet şəbəkəsi ilə əlaqəsinin təmin olunmasına heç bir aidiyyəti yoxdur və bu sahədə xidmət göstərmir. Bu isə o deməkdir ki, XDMX-nin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi ölkədə “Skype” və digər hər hansı bir internet xidmətlərinin məhdudlaşdırılmasını həyata keçirə bilməz.

"Bununla yanaşı, qeyd etmək istəyirik ki, “Skype” internet şəbəkəsinə və geniş istifadəçi şəbəkəsinə malik proqram təminatı olduğundan digər hər hansı bir proqram təminatı kimi onun da proqram-aparat təminatında və ya şəbəkə bağlantısında hər hansı qısamüddətli problem yarana bilər, lakin bunun bilərəkdən proqramın fəaliyyətinin məhdudlaşdırılması kimi qələmə verilməsi yolverilməzdir", - deyə Xidmətdən bildirilib.

Son xəbərlər

Orphus sistemi