Yuxarı

​Kənd Təsərrüfatı Nazirliyi rayonlarda yüksək sürətli korporativ şəbəkə yaradır

Nazirlik maraqlanan təşkilatlardan təkliflər gözləyir

Bakı. 2 iyul. REPORT.AZ/ Kənd Təsərrüfatı Nazirliyi Məlumat Mərkəzi ilə onun 52 rayon və şəhər idarələri arasında yüksək sürətli korporativ şəbəkənin yaradılması layihəsi üzrə bildiriş yayıb.

Nazirlikdən "Report"a verilən məlumata görə, qurumun Məlumat Mərkəzi ilə onun 52 rayon və şəhər idarələri arasında yüksək sürətli korporativ şəbəkənin yaradılması məqsədilə kənd təsərrüfatı idarələrinin inzibati binasına fiber-optik xəttinin çəkilməsi üzrə işlərin təkliflər sorğusu üsulu ilə satın alınması və quraşdırılması nəzərdə tutulur. Maraqlanan təşkilatlar (012) 498-08-44, 498-21-59, 498-66-18, 493-20-70 telefon nömrələri (daxili nömrə: 257) ilə əlaqə saxlaya bilərlər. Təkliflər sorğusunda iştirak etmək üçün sənədlər iyulun 6-dək qəbul olunur.

Satınalma müqaviləsi üzrə ödənişlər köçürmə yolu ilə aparılacaq. Malgöndərən (podratçı) tərəfindən təklif olunan mallar və işlərin qiymət dəyərindən başqa nəqliyyat, sığorta, vergi, gömrük rüsumları və digər xərcləri nəzərə alınmaqla göstərilməlidir. Göndərilən mallar, yerinə yetiriləcək işlər və xidmətlər əsas şərtlər toplusundakı bütün tələblərə cavab verməlidir. Qiymət təklifləri qapalı zərfdə imzalanıb möhürlənərək iyulun 10-dək təqdim olunmalıdır. Qiymət təklifləri iyulun 13-də açılacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi