“Keepface” şirkəti “Keepcoin” adlı kriptovalyutasını gələn il dövriyyəyə buraxacaq

“Keepface” şirkəti “Keepcoin” adlı kriptovalyutasını gələn il dövriyyəyə buraxacaq Bakı. 26 oktyabr. REPORT.AZ/ Sabahdan başlayaraq 2 gün ərzində Bakıda, “Beynəlxalq innovasiyalar həftəsi” çərçivəsində Global İnfluencer Day tədbiri keçiriləcək.
İKT
26 Oktyabr , 2018 12:32
“Keepface” şirkəti “Keepcoin” adlı kriptovalyutasını gələn il dövriyyəyə buraxacaq
0 : 00
0 : 00

Bakı. 26 oktyabr. REPORT.AZ/ Sabahdan başlayaraq 2 gün ərzində Bakıda, “Beynəlxalq innovasiyalar həftəsi” çərçivəsində "Global İnfluencer Day" tədbiri keçiriləcək.

“Report”un məlumatına görə, tədbirlə bağlı “Keepface” şirkətinin həmtəsisçisi Vaqif Abbasov açıqlama verib.

O bildirib ki, "Global İnfluencer Day" 2 hissədən – açılış mərasimindən və konfransdan ibarət olacaq: “Açılış mərasimində 960 nəfər, konfransda isə 300 nəfər iştirak edəcək. Ümumilikdə tədbirə 1 300-ə yaxın insanın qatılacağı planlaşdırılır. Robot Sofiyanın xüsusi açılış nitq nəzərdə tutulub. Daha sonra süni intellekt barədə sual-cavab olacaq”.

V.Abbasovun sözlərinə görə, “Beynəlxalq İnnovasiyalar Həftəsi” çərçivəsində digər tədbirlər də keçiriləcək: “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Heydər Əliyev Mərkəzi ilə birgə keçirdiyi layihə çərçivəsində yüksək texnologiyalar və innovasiyalar sahəsində ən son yeniliklərlə tanışlıq, konfrans, forum və yarışlarda iştirak etmək, təşkil olunacaq sərgini ziyarət etmək, eləcə də dünyanın ən ağıllı robotu hesab olunan “Sofiya” ilə ünsiyyət qurmaq imkanı yaranacaq".

“Keepface” təsisçisi onu da qeyd edib ki, şirkət 2016-ci ildə yaradılıb, hazırda 35 ölkədə fəaliyyət göstərir

“2019-ci ildə ABŞ, Kanada və Çin kimi böyük bazarlara daxil olmaq planlarımız var. Hazırda Bakıda, Dubayda və İstanbulda ofislərimi mövcuddur”, - o əlavə edib.

V.Abbasov “Keepface”in dövriyyəyə buraxmaq istədiyi “Keepcoin” adlı kriptovalyuta barədə də danışıb: “Kriptovalyuta yaratmağa cəhdlər etdik, lakin beynəlxalq bazarda rəqəmsal pulların dəyəri aşağı düşdüyündən bu planımızı bir müddət təxirə saldıq. Hazırda beynəlxalq bazarı daha geniş araşdırmışıq və 2019-cu ildə "keepkoin"i dövriyyəyə buraxmağa planlaşdırırıq". 

Son xəbərlər

Orphus sistemi