Bakı. 1 fevral. REPORT.AZ/ Azərbaycanın “AG Telecom” kabel televiziyası şirkəti (“KaTV1” ticarət nişanı) Moskvada keçirilən “CSTB-2016” forum-sərgi çərçivəsində Rusiya operatorları ilə əməkdaşlıq müqavilələri imzalayıb.
Şirkətdən “Report”a bildirilib ki, “KaTV1” Rusiyanın IPTV və OTT operatorları ilə milli telelayihələrin və telekanalların onların şəbəkələrində yayımı üçün bir neçə müqavilə bağlayıb.
Qeyd edək ki, televiziya və telekommunikasiya sahəsində çalışan mütəxəssislər “CSTB-2016” sərgi-forumunu Rusiyada və MDB ölkələrində elektron media sahəsində keçirilən ən mühüm hadisə kimi dəyərləndirirlər.