“Kaspersky Lab” sənaye obyektləri və sistemlərinin müdafiəsi üçün xüsusi həll hazırlayıb

“Kaspersky Lab” sənaye obyektləri və sistemlərinin müdafiəsi üçün xüsusi həll hazırlayıb “Kaspersky Industrial CyberSecurity” həlli müvafiq sistemləri təhlükələrdən qoruyur
İKT
22 Aprel , 2016 13:37
“Kaspersky Lab” sənaye obyektləri və sistemlərinin müdafiəsi üçün xüsusi həll hazırlayıb

Bakı. 22 aprel. REPORT.AZ/ “Kaspersky Lab” mühüm infrastruktur və sənaye obyektlərinin təhlükəsizliyini təmin etmək məqsədilə xüsusi həll istifadəyə verib. “Kaspersky Industrial CyberSecurity” platforması sənaye şəbəkələrinin mühüm xüsusiyyətlərini nəzərə alır və müdafiə texnologiyaları ilə yanaşı, yüksək səviyyədə müəssisələrin təhlükəsizliyini təmin etməsi üçün ekspert və maarifləndirmə xidmətləri təklif edir.

“Kaspersky Lab”dan "Report"a daxil olan məlumata görə, informasiya texnologiyaları və texnoloji proseslərin avtomatlaşması sistemləri elektrik stansiyaları, neft emalı zavodları və istehsal xətlərini, dəmir yolları, aeroportlar və “ağıllı” binalara qədər bütün müasir sənaye obyektlərinin fəaliyyətində mühüm rol oynayır. “Kaspersky Industrial CyberSecurity” həlli texnologiya proseslərinin avtomatlaşmış idarəetmə sistemində dövriyyədə olan məlumatın əsaslı təhlilini aparmağa imkan yaradır və informasiyanın toplanması və analizində şübhəli hadisələr və situasiyalar haqda məlumat verir. Bununla yanaşı, müəssisənin müdafiəsi sisteminin idarəetməsi mərkəzləşmiş şəkildə vahid konsol ilə həyata keçirilir. 

“Kaspersky Industrial CyberSecurity”nin əsas funksiyalarından biri sənaye şəbəkəsinin bütünlüyünü yoxlamaqdır: bir neçə texnologiya trafiki təhlil edir, istifadə olunan proqramları və qoşulan cihazları nəzarətdə saxlayır və sənaye prosesini idarə edir. Öz növbəsində, icazəsiz daxilolmaların qarşını alan sistem texnoloji şəbəkədə fasiləsiz monitorinq aparır və icazəsiz daxilolmaları bloklayaraq şəbəkə düyünlərinə qoşulma imkanlarını məhdudlaşdırır. Boşluqların aşkarlanması üzrə monitorinq sistemi əməliyyat təminatında açıq zədələrin mövcudluğunu yoxlamaq üçün infrastrukturu diqqətlə nəzərdən keçirir və beləliklə, sənaye şəbəkəsinə zərərli proqramların daxilolmalarının qarşını alır.

“Kaspersky Lab” şirkətinin baş direktoru Yevqeni Kasperski belə həllin yaradılmasının vacibliyinə toxunaraq bildirib ki, sənaye istehsalının və mühüm infrastrukturun təhlükəsizliyi hazırda olduqca aktual məsələdir: "Texnoloji şəbəkələrdə dünya ilə əlaqə yaradan daha çox fərqli cihaz və kanallar yaranır. Bəzən nəinki bir neçə onillik əvvəl buraxılmış və o zamandan yenilənməyən əməliyyat təminatı, həmçinin dünya ilə əlaqə üçün nəzərdə tutulmayan avadanlıq istifadə olunur. Bu, həddən artıq ciddi məsələdir, çünki nəinki istehsalat prosesinin fasiləsizliyi, həmçinin ekologiya və insan həyatı təhlükə altında qalır".

Yeni həll infrastruktur operatorlarına kibermünaqişələri cavablayan və gələcəkdə proqnozlaşdırma imkanlarını təmin edən xüsusi təhlükəsizlik servislərini əlavə edir. Bu, hücum texnologiyalarını təyinetmə və qarşısınıalma çərçivəsindən kənara çıxan effektiv təhlükəsizlik strategiyasının tərtib olunmasına kömək edir. 

Son xəbərlər

Orphus sistemi