"Kaspersky Lab": Növbəti 3 ildə bankların kiberfırıldaqçılıqla bağlı itkiləri artacaq

"Kaspersky Lab": Növbəti 3 ildə bankların kiberfırıldaqçılıqla bağlı itkiləri artacaq Bu, şirkətin 15 ölkənin maliyyə institutlarının 800 nümayəndəsi arasında keçirdiyi sorğu əsasında məlum olub
İKT
13 May , 2017 17:48
Kaspersky Lab: Növbəti 3 ildə bankların kiberfırıldaqçılıqla bağlı itkiləri artacaq

Bakı. 13 may. REPORT.AZ/ Mobil və internet bankçılıq istifadəçilərinın sayı bütün dünyada durmadan artsa da, "Kaspersky Lab" şirkətinin apardığı araşdırmanın nəticələri maliyyə institutlarının 24%-nin müştərilərin identifikasiyası ilə bağlı müəyyən çətinlik çəkdiyini göstərir. 

Şirkətdən "Report"a daxil olan məlumata görə, növbəti üç ildə bankların 59%-i kiberfırıldaqçıların fəaliyyəti nəticəsində itkilərin artacağını gözləyir. Bunu nəzərə alaraq, maliyyə təşkilatları üçün onlayn-xidmət istifadəçilərinin şəxsiyyətinin yoxlanılması məsələsi daha çox əhəmiyyət kəsb edəcək.

Qeyd edək ki, "Maliyyə kibertəhdidləri" araşdırması "Kaspersky Lab"ın sifarişi ilə 2016-cı ildə 15 ölkənin maliyyə institutlarının 800 nümayəndəsi arasında keçirilib.

Araşdırmaya əsasən, 2016-cı ildə demək olar ki, hər üçüncü bank (30%) internet servislərlə bağlı kiberhadisələrlə qarşılaşıb: bu, əsasən fişinq və istifadəçi məlumatlarından qanunsuz istifadə ilə bağlı olub. Eyni zamanda, bank nümayəndələri bir şeydə razılaşırlar ki, təhlükəsizlik texnologiyaları istifadəçilərə mane olmamalıdır: respondentlərin 38%-ni internet-bankinqin qorunması və rahatlığı arasında balansın saxlanılmasının mürəkkəbliyi narahat edir.

"Təhlükəsizliyə olan yanaşmalardan banklar əlbəttə ki, istifadəçilərə böyük təsiri olmayanları seçir. Heç nəyə baxmayaraq, internet bankçılıq öz əsas üstünlüklərini saxlamalıdır: əməliyyatların tez və asan yolu kimi qalmalıdır. Biz həm şirkətləri, həm də onların müştərilərini qoruyan və bununla yanaşı, avtorizasiya prosesini çətinləşdirməyən texnologiyalar yaradırıq", - “Kaspersky Fraud Prevention”nun rəhbəri Aleksandr Yermakoviç bildirib.

Son xəbərlər

Orphus sistemi