"Kaspersky Lab.": MDB-də banklara kiberhücumlar artmaqda davam edir

"Kaspersky Lab.": MDB-də banklara kiberhücumlar artmaqda davam edir Cinayətkarların əsas hədəfi hazırda maliyyə təşkilatlarıdır
İKT
3 Avqust , 2016 20:46
Kaspersky Lab.: MDB-də banklara kiberhücumlar artmaqda davam edir

Bakı. 3 avqust. REPORT.AZ/ "İlbəil bütün dünyada və eləcə də MDB ölkələrində kibercinayətkarlığın səviyyəsinin artması müşahidə edilir. Əvvəllər onların hədəfləri fərdi istifadəçilər idisə, indi onların hücum hədəfinə iri maliyyə təşkilatları, banklar çevrilib."

Bunu "Report"a açıqlamasında "Kaspersky Lab." şirkətinin Koporativ həll üzrə direktoru Kirill Kertsenbaum bildirib.

Onun sözlərinə görə, banklar sistemlərinin mühafizəsinə sərmayə qoysalar güclü olacaqlar. Amma bu zaman təhdidlər iqtisadiyyatın digər sahələrini məsələn, ticarət, qiymətli kağızlar bazarı və s. gözləyəcək: "Lakin bu sahədə əsas çətinlik əksər şirkətlərin internet təhlükəsizliyinə önəm verməmələri ilə bağlıdır. Xüsusən kiçik biznes sahibləri bu risklərlə daha çox rastlaşırlar. Şirkətlər bu cür hallardan yayınmaqdan ötte ilk növbədə əməkdaşları üçün maarifləndirmə tədbirləri görməlidirlər. Çünki kibercinayətkarlar sırf mütəxəssislərdən ibarət peşəkarlardırlar. Onlar vaxtı ikən əmək bazarında özlərinə iş tapa bilməyən şəxslərdirlər. İndi onlar bir şirkət olaraq birgə fəaliyyət göstərir, bu işə sərmayə yatırır, təlimlər keçirlər və s. Misal üçün, "Kaspersky"nin antiviruslarının onların viruslarını görə bilməməsi üçün çalışırlar, təqiqatlar aparırlar".

Region banklarının kiberhücumlar nəticəsində hər il 1 mlrd. dollaradək ziyana məruz qaldıqlarını qeyd edən K.Kertsenbaum müqayisə üçün Amerikanın bir neçə mlrd. dollar həcmində vəsait itirdiyini deyib: "Misal olaraq, Rusiyada bir il ərzində kibercinayətkarlıq nəticəsində dəyən zərərin həcmi 1 mlrd. dollar təşkil edirsə, onun 70%-i bankların payına düşür."

Mütəxəssisin fikrincə, əsas hücum hədəfinə bankların çevrilmələrinin səbəbi kibercinayətkarlığa lazımı diqqətin ayırılmaması ilə bağlıdır: "Digər tərəfdən, heç də hər bankın kibertəhlükəsizliyini təmin etmək üçün kifayət qədər vəsaiti var. Həmçinin müəssisələrdə daxili interneti bağlamaq ənənəsi var ki, bu zaman informasiyaların şifrənlənməsinə diqqət yetirilmir. Ən nəhayət, kibertəhdidlərin dəyişmə landşaftına düzgün yanaşma təşkil edilməli, onlara uyğun təhlükəsizlik addımları atılmalıdır. Bu mübarizədə şirkətlərlə yanaşı, dövlət də dəstək olmalı, qanunvericiliyi gücləndirməlidir."

K.Kertsenbaum hesab edir ki, kibercinayətkarlıqla mübarizə vəsaitələrindən biri hücuma məruz qalan şirkətlərin bu faktı gizlətməmələri ola bilər. "Məsələn, qərbdə şirkətlər kiberhücumlara məruz qaldıqları təqdirdə, bu xəbəri mütləq yayırlar. Lakin Rusiya və regionda belə bir təcrübə yoxdur. Bu, hamıya birgə hərəkət etməyə və cinayətkarlarla mübarizə aparmağa çox böyük kömək olar", - deyə, o, əlavə edib.

Ümumiyyətlə, hazırda maliyyə troyanlarının sayı sürətlə artır. Onların sırasında bank və mobil troyanlar üstünlük təşkil edir. Dünya statistikasına görə, troyanların miqdarı 2014-cü ildə kooperativ istifadəçilər arasında 20 min, 2015-ci ildə 51 minə çatıb. 2015-ci ildə MDB məkanında hər ay 2 mln. kompüter istifadəçisinin kompüteri maliyyə təhlükələrinə məruz qalıb.

"Kaspersky Lab." şirkətinin kiçik və orta seqmenti üçün həllər üzrə şöbəsinin rəhbəri Vladimir Zapolyanski isə hesab edir ki, artıq tipik "sovet" iş adamı məlumatlarını mühafizə etmək labüddür. Çünki kiberhücuma məruz qalanların 22%-ni biznes seqmenti təşkil edir.

Şöbənin rəhbəri bildirib ki, təhlükəsizlik hadisəsinin (security incident) vurduğu maddi ziyan MDB-də ildə 14,5 min dollar təşkil edir. Qərbdə isə bu daha böyük rəqəmlərlə ifadə edilir: "Kiberhadisə zamanı iş adamlarının təkcə fəaliyyəti dayanmır, onlar müştərilərini, əlaqələrini itirirlər. Nüfuzlarına xələl dəyir".

Bu sahədə müsbət hallardan biri də iş adamlarının bulud texnologiyalarına getdikcə daha çox önəm verməsi ilə bağlıdır. V. Zapolyanski MDB məkanına bu trendin digər regionlara nisbətdə daha gec müşahidə edildiyini söyləyib: "Son 4 ildir bulud texnologiyalarına maraq artıb. Növbəti 5 ildə bu trendin genişlənəcəyini düşünürəm. Belə ki, müəyyən müddət bazar bu yeniliyə hazır deyildi, amma indi hazırdır. İnsanların İT mədəniyyəti ilbəil artır". 

Son xəbərlər

Orphus sistemi