"Kaspersky Lab": "Kibertəhlükəsizlik sahəsində Azərbaycan hüquq-mühafizə orqanlarına yardım etməyə hazırıq"

"Kaspersky Lab": "Kibertəhlükəsizlik sahəsində Azərbaycan hüquq-mühafizə orqanlarına yardım etməyə hazırıq" İnformasiya təhlükəsizliyi sahəsində ixtisaslaşan şirkət Azərbaycanla əlaqələrinin daha da yaxşı olacağına ümid edir
İKT
12 İyul , 2016 15:19
Kaspersky Lab: Kibertəhlükəsizlik sahəsində Azərbaycan hüquq-mühafizə orqanlarına yardım etməyə hazırıq

Bakı. 12 iyul. REPORT.AZ/ "Kaspersky Lab" şirkəti kibertəhlükəsizlik sahəsində Azərbaycan hüquq-mühafizə orqanları və polislərinə yardım etməyə hazırdır.

Bunu "Report"a açıqlamasında şirkətin dövlət orqanları ilə əlaqələr üzrə direktoru Anton Şinqarev bildirib.

"Biz Avropol (Europol), İnterpol, habelə Federal Təhlükəsizlik Bürosu, B. Britaniyanın GCHQ ilə əməkdaşlıq edirik. Kibercinayətlərin təqiq edilməsi, mütəxəsisslərə təlimlərin keçirilməsində iştirak edirik. Fəaliyyətimiz bütün Avropa, Asiya və Amerikanı əhatə edir. Uğurumuzun yeganə strategiyası qərb bazarında uğurlu və müstəqil olmaqdır, bunun üçün çalışmaqdır. Ona görə də əsas strategiyamız maksimum onlardan uzaq fəaliyyət göstərməkdir. Biz rus köklərinə malik şirkət olsaq da, bizim üçün əsas fəaliyyət bazarları Avropa, Amerika, Asiyadır. Biz hüquq- mühafizə və dövlət orqanları ilə əlaqələrimiz barədə çox suallar verilir. Lakin bizim dövlət təhlükəsizlik orqanları ilə əməkdaşlığımız müstəsna şəkildə kibertəhlükəsizlik əsasında qurulub. Qəribə səslənsə də bu mənada biz hətta amerikalı həmkarlarımızdan da şəffaf işləyirik. Bütün sertifikasiyalardan keçməyə hazırıq. Gizlədəcəyimiz heç nə yoxdur. Biz Amerikada, Avropa bazarında mövcud olmaq istəyiriksə, onlardan daha şəffaf olmalıyıq. Azərbaycan hüquq-mühafizə orqanları və prinsipial olaraq mühafizəyə cavabdeh olan orqanlarla da işləməkdən şad olardıq", - deyə A. Şinqarev qeyd edib.

A. Şinqarevin sözlərinə görə, "Kaspersky Lab" Avropanın bütün dövlətləri ilə sıx əməkdaşlıq çəriçəvində fəaliyyət göstərir və Azərbaycanla da əlaqələrini mütəmadi şəkildə qaydasına salır.

"Bu mənada Almaniyada keçirilən 12-ci Münhen Təhlükəsizlik Konfransını misal çəkə bilərəm. Bu beynəlxalq tədbir çərçivəsində prezident İlham Əliyevlə görüşdük və görüşdən çox xoş təəssürratlarla ayrıldıq:

"Sizin prezidentinizin bu sahədəki biliklərindən, məlumatlarından yaxşı mənada təəccübləndim. Çünki müxtəlif siyasi liderlər kibertəhlükəsizliyə müxtəlif səviyyədə yanaşırlar. Kimi bunun sadəcə antiviruslar, kimi isə hakerlər olduğunu düşünürlər. Lakin cənab İlham Əliyev bu sahəni əhatəli qiymətləndirir. Onun sənaye obyektlərinin təhlükəsizliyinə önəm verməsini xüsusi olaraq qeyd etmək istərdim. Bu görüşdən sonra Azərbaycanla əlaqələrinin daha da yaxşı olacağına ümid edirik".

İnformasiya təhlükəsizliyi baxımından Azərbaycan parlamentində smartfonların qadağan edilməsinin heç də pis fikir olmadığını deyən ekspert qeyd edib ki, texnologiyanın sürətlə inkişafının qarşısını heç bir şəkildə almaq mümkün deyil: "Məsələn, bu yaxınlarda oxuduğum məlumata görə, Sinqapurda bütün məmurlara internetdən istifadə qadağan edilir. Bu radikal qərardır, düzdür, demokratik səslənməsə də bir çox dövlətlər keçmişə qayıtmağa çalışır. Amma təəssüflər olsun ki, bu, mümkün deyil. İnkişafın qarşısı almaq, onu saxlamaq olmur.

Bizim regiona gəldikdə isə deyə bilərəm ki, ölkələrimiz mühafizə baxımından son dərəcə irəliləyiblər. İnanıram ki, Azərbaycan bank sektoru, maliyyə sahəsi mühafizə olunma baxımından çox güclü tərəqqi edib. Təhlükəsizlik yüksək səviyyədə qorunur. Lakin bununla yanaşı, ən çox təhlükəyə məruz qalan sahə də bank sistemidir", A. Şinqarev əlavə edib.

Onun sözlərinə görə, bir çox ölkələrin kiber polisləri isə bu cür hücumlara hazır deyillər. MDB ölkələri kibertəhlükəsizliyin inkişaf səviyyəsinə görə bir-birindən fərqlənir. Digər mühüm məqam ondan ibarətdir ki, kibertəhülkəsizlik sərhəd tanımır.

Son xəbərlər

Orphus sistemi