Yuxarı
    Bağlamaq

    "DDoS" hücumlarının cinayətkarlara neçəyə başa gəldiyi müəyyənləşdirilib

    “Kaspersky Lab” şirkəti bu problemi araşdırıb

    Bakı. 31 mart. REPORT.AZ/ Qara bazarda "DDoS" xidmətlərinə olan təkliflər araşdırılıb. Bu tipli hücumların cinayətkarlar üçün daha effektiv və ucuz alətə çevrildiyi aşkar edilib. 

    "Report" xəbər verir ki, bunu “Kaspersky Lab” şirkətinin mütəxəssisləri müəyyən ediblər. "DDoS" hücumlarının təşkilinin maya dəyəri bir saat üçün təqribən 7 dollar dəyərində olsa da, vurulmuş zərərin məbləği min və mln. dollara çatır.

    "Bu gün "DDoS" hücumlarının təşkili xidmət səviyəsinə görə normal bizneslərlə müqayisə oluna bilər. Əsas fərq ondadır ki, icraçı və sifarişçi arasında birbaşa əlaqə olmur: sifarişli hücumlar üzərində lazımi xidmətləri seçməyə, ödəniş etməyə və hətta görülmüş iş barədə hesabat əldə etməyə imkan verən veb-servislərin köməyilə həyata keçirilir. Bəzi hallarda isə xüsusi bonus və kredit sistemi mövcud olur ki, edilmiş hər hücum zamanı sifarişçilərin hesabında əks olunur. Biznes dili ilə desək, kibercinayətkarlar bu üsulla loyallıq proqramını və müştəri xidmətlərini inkişaf etdirirlər. "DDoS" hücumlarının təşkili üçün yaranmış veb-servislərin sadəlik və rahatlığına görə qeydiyyatdan keçənlərin sayı 10 minlərlədir: lakin onu da nəzərə almaq lazımdır ki, bu rəqəmlərin yüksəkliyinə servislərin sahibləri resursun məşhurluğunu süni şəkildə artırmaq üçün təsir edə bilərlər",- deyə məlumatda bildirilib.

    Qeyd edək ki, "DDoS" hücumlarının qiyməti dəyişə bilir, ortalama isə sifarişçi bir saat üçün 25 dollar ödəyir. Cinayətkarlar hücumun təşkilində 1 000 iş stansiyasından bir saatı 7 dollara botnetlərdən istifadə edirlərsə, o zaman kibercinayətkarların hücum vaxtı hər 1 saat üçün xalis gəliri 18 dollar təşkil edir.

    "Hücumun qiymətinə bir çox faktorlar təsir edir. Məsələn, onun ssenarisi və mənbəyi: məşhur IoT cihazlarından botnetlər serverlərdənolanlarla müqayisədə daha ucuzdur. Eyni zamanda, insidentin müddəti və sifarişçinin məkanı da qiymətə təsir edən faktorlardır: ingilis dilində olan resurslara DDoS hücumların təşkili rus dilli resurslara hücumlardan daha bahadır. Bununla yanaşı, qurbanın xüsusiyyətləri də böyük əhəmiyyət kəsb edir. Dövlət orqanlarının saytlarına və ya "DDoS" hücumlarına qarşı xüsusi həllərlə qorunan saytlara hücum dəfələrlə baha başa gəlir, çünki müvafiq olaraq birincilərə hücum təhlükəli, ikincilərə hücum isə texniki olaraq çətindir. Məsələn, bu cürservislərdə qoruması olmayan sayta hücum 100 dollar dəyərində, qorunan resursa isə 400 dollardan başlayır", - deyə məlumatda qeyd edilib.

    Ssenarisi olan cinayətkarlar üçün daha sərfəli alternativ variant şantaj olur: cinayətkarlar qurbanlardan "DDoS" hücumuna başlamamaq və ya artıq başlamış hücumları dayandırmaq üçün rüşvət tələb edirlər. Rüşvətin miqdarı bitkoinlərlə 1 000 dollar təşkil edə bilər. Bu halda fırıldaqçılara hücum üçün resurs da tələb olunmur, hədələyici ismarıç kifayət edir.

    "DDoS" hücumlarının dəyəri barədə daha ətraflı “Kaspersky Lab” şirkətinin analitik hesabatından tanış ola bilərsiniz: https://securelist.ru/analysis/obzor/30366/the-cost-of-launching-a-ddos-attack/

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi