“Kaspersky Lab”: Bu il şirkətlərin 67%-i məlumat itkisi ilə üzləşib

“Kaspersky Lab”: Bu il şirkətlərin 67%-i məlumat itkisi ilə üzləşib 2016-cı ilin ən zərərli proqramlarının inkişaf aspektləri araşdırılıb
İKT
28 Dekabr , 2016 12:24
“Kaspersky Lab”: Bu il şirkətlərin 67%-i məlumat itkisi ilə üzləşib

Bakı. 28 dekabr. REPORT.AZ/ 2016-cı il tarixə fərdi istifadəçilər və şirkətlərin məlumat və qurğularını “girov” götürən proqram şifrələyicilərinin və zərərli proqramların inkişafı ili kimi düşə bilər. Bu, “Kaspersky Lab” şirkətindən "Report"a verilən məlumatda bildirilib.

Şirkət bu cür zərərli proqramlardan istifadə ilə hücumların intensivliyi son 12 ayda ən az iki dəfə, şifrələyicilərin yeni modifikasiyalarının sayı isə 11 dəfə artdığını qeydə alıb. Troyan-şantajçıların arasında isə 62 yeni ailə yaranıb. Bundan başqa, kibercinayət aləmində sözügedən zərərverici proqramları işləyib hazırlamağa təcrübəsi və ya istəyi çatmayanlara “icarəyə vermək” anlayışı daha çox dəbə düşüb.

İlin əvvəlində “Kaspersky Lab” şirkətinin təqdim etdiyi həllər şifrələyicilərin hücumlarının qarşısını şirkətlərdə hər iki dəqiqədən bir, fərdi istifadəçilərdə isə 20 saniyədən bir alır. İlin sonuna bu göstəricilər tam olaraq dəyişib: artıq bizneslər zərərverici proqramlarla hər 40 saniyədən bir (yəni 3 dəfə daha çox), fərdi istifadəçilər isə hər 10 saniyədən bir üzləşirlər (2 dəfə daha çox).

Şifrələyicilərin bizneslərə hücumlarının sayının artması 67% şirkətin bütün məlumatlarını və ya bir hissəsini itirməsinə səbəb olub, hər beşinci qurum isə tələb olunan məbləği ödəsə belə faylları bərpa edə bilməyib. 2016-cı ildə təhsil, İT və telekommunikasiya, əyləncə və KİV, həmçinin maliyyə şirkətlərinin ¼ hissəsi şifrələyicilərin əsas qurbanına çevriliblər.

Hazırda məlumatlara çıxışın geri qaytarılması üçün tələb olunan məbləğin ortalama qiyməti 300 ABŞ dolları təşkil edir, lakin bəzi kibercinayətkarlar daha çox məbləğ tələb edərək ona sahib çıxıb. Cinayətkarların əksəriyyəti bitkoinlərlə ödənişə üstünlük verir, daha peşəkar olanları isə istifadəçilərə bu kriptovalyutanın alınması üçün konsultasiya və texniki dəstək xidməti göstəriblər.

“Kaspersky Lab” şirkətinin mütəxəssisləri qeyd edir ki, şifrələyicilər daha mürəkkəb və müxtəlif hallarda ortaya çıxır. Belə ki, “Shade” troyan virusu kimi maliyyə proqram təminatı ilə rastlaşan bu viruslar standart şəkildə faylları şifrələmək əvəzinə sistemdə gələcəkdə pul oğurlamaq məqsədilə “casus” proqram yerləşdirir. Bununla yanaşı, ayrı-ayrı faylları deyil, məhz vacib fayl cədvəllərini və ya bütün sərt diski şifrələyən cinayətkarlara daha mütəmadi rast gəlmək olur.

Son xəbərlər

Orphus sistemi