"Kaspersky Lab" Azərbaycanın dövlət sektoru ilə əməkdaşlığı genişləndirir

"Kaspersky Lab" Azərbaycanın dövlət sektoru ilə əməkdaşlığı genişləndirir Şirkət kompüter insidentlərinə qarşı mübarizədə yerli qurumlara kömək edə bilər
İKT
3 Mart , 2017 18:40
Kaspersky Lab Azərbaycanın dövlət sektoru ilə əməkdaşlığı genişləndirir

Bakı. 3 mart. REPORT.AZ/ "Biz Azərbaycanın kompüter insidentlərinə qarşı mübarizə mərkəzləri (CERT) ilə fəal surətdə əməkdaşlıq etməyə, onlara konkret informasiya dəstəyi göstərməyə hazırıq."

"Report" xəbər verir ki, bunu "Kaspersky Lab" şirkətinin vitse-prezidenti və korporativ bölməsinin rəhbəri Veniamin Levtsov bildirib.

"Azərbaycanın bir neçə müvafiq nazirlikləri ilə görüşlərimiz olub və Azərbaycanda müxtəlif kompüter insidentlərinə qarşı mübarizə mərkəzlərinin necə işlədikləri barədə təsəvvürlərimiz var. Bu sahədə malik olduğumuz təcrübəmizlə bölüşdür və ümid edirəm ki, bütün bunlar nəzərə alınacaq. Biz Azərbaycanın kompüter insidentlərinə qarşı mübarizə mərkəzləri (CERT) ilə fəal surətdə əməkdaşlıq etməyə, onlara konkret informasiya dəstəyi göstərməyə hazırıq. Həmçinin, telekommunikasiya şirkətləri, banklar və SOCAR-la da görüşlərimiz olub. Hər bir tərəflə əməkdaşlığımız mövcuddur. Hazırda hər bir sifarişçinin tələblərinə uyğun təkliflər hazırlanır. Bundan əlavə, hər hansı bir razılaşmanın olub-olmaması üzərində də işləyirik, çərçivə razılaşmalarının olacağı istina deyil" - V. Levtsov bildirib.

Onun sözlərinə görə, "Kaspersky Lab" zərərverici proqramlara dair ətraflı hesabatların əldə edilməsi üçün şirkətin bulud texnologiyasına giriş təqdim etməyə də hazırdır.

O deyib ki, hazırda müvafiq məsələ müzakirə edilir və nəticədə Azərbaycandakı əksər CERT-lərin ondan istifadə edəcəklərinə ümidvaram.

Son xəbərlər

Orphus sistemi