“Kaspersky Lab”: Azərbaycanda korporativ istifadəçilərin 41%-i fərdi kompüterlərini parolla qorumur

“Kaspersky Lab”: Azərbaycanda korporativ istifadəçilərin 41%-i fərdi kompüterlərini parolla qorumur Bakı. 5 fevral. REPORT.AZ/ “Kaspersky Lab”ın apardığı sorğunun nəticələrinə əsasən, Azərbaycanda iş üçün fərdi kompüterdən istifadə edənlərin 41%-i onu parol ilə müdafiə etmir.
İKT
5 Fevral , 2019 16:16
“Kaspersky Lab”: Azərbaycanda korporativ istifadəçilərin 41%-i fərdi kompüterlərini parolla qorumur

Bakı. 5 fevral. REPORT.AZ/ “Kaspersky Lab”ın apardığı sorğunun nəticələrinə əsasən, Azərbaycanda iş üçün fərdi kompüterdən istifadə edənlərin 41%-i onu parol ilə müdafiə etmir. 

"Report"a daxil olan məlumata görə, paroldan istifadə edənlərin 47%-i isə onu dəyişmədiyini etiraf edib. Parolların yaradılmasına gəldikdə hər ikinci respondent (47%) tam yeni kombinasiya fikirləşir.

Parolların qorunması məsəsləsinə isə Azərbaycanın korporativ istifadəçilərin yanaşması birmənalı deyil: sorğu iştirakçılarının 57%-i parolları yadda saxlamağa üstünlük verdiklərini, 10%-i onu kağız üzərində yazdığını, 7%-i parolu kompüterdə açdığı faylda saxladığını, 1%-i isə parolları qorumaqla yanaşı, onların yaradılmasında da köməklik edən xüsusi proqramlardan yararlanır.

“Çox vaxt parollara istifadəçinin şəxsi kibertəhlükəsizliyinin vacibliyi nöqteyi-nəzərdən yanaşırlar, lakin bu həm də istənilən təşkilatın təhlükəsizliyinin tərkib hissəsidir. Sorğumuza əsasən, Azərbaycanda istifadəçilərin 15%-i korporativ məlumatları – login və parolları – texniki dəstəyə cavabdeh olmayan digər əməkdaşa ötürdüklərini etiraf edib. Bunula belə, korporativ hesabın məlumatlarını digər əməkdaşlara ötürən istifadəçilər sonda parollarını dəyişməyib. Bu, onu göstərir ki, müasir təşkilatların rəhbərliyinin qarşısında duran məsələlərdən biri də əməkdaşlara kibertəhlükəsizliyin əsaslarını öyrətməkdir. Burada insan faktoru olduqca vacib rol oynayır”, - deyə “Kaspersky Lab”ın Azərbaycanda təmsilçisi Müşviq Məmmədov bildirib.

Son xəbərlər

Orphus sistemi