“Kaspersky Lab”: Azərbaycanda 2018-ci ildə hər beşinci istifadəçi "mayner"lərlə qarşılaşıb

“Kaspersky Lab”: Azərbaycanda 2018-ci ildə hər beşinci istifadəçi "mayner"lərlə qarşılaşıb Bakı. 31 oktyabr. REPORT.AZ/ 2018-ci ilin ötən üç rübü ərzində Azərbaycan istifadəçilərinin yarısından çoxu (65%-i) ən azı bir dəfə lokal təhdidlərlə, yəni, sərt disk və USB-fləşkart kimi daşıyıcılarla yayılan zərərverici proqram təminatı ilə qaraşılaşıblar.
İKT
31 Oktyabr , 2018 13:32
“Kaspersky Lab”: Azərbaycanda 2018-ci ildə hər beşinci istifadəçi maynerlərlə qarşılaşıb
0 : 00
0 : 00

Bakı. 31 oktyabr. REPORT.AZ/ 2018-ci ilin ötən üç rübü ərzində Azərbaycan istifadəçilərinin yarısından çoxu (65%-i) ən azı bir dəfə lokal təhdidlərlə, yəni, sərt disk və USB-fləşkart kimi daşıyıcılarla yayılan zərərverici proqram təminatı ilə qaraşılaşıblar.

"Report" xəbər verir ki, bu barədə "Kaspersky Lab”ın məlumatında qeyd edilir.

Məlumatda qeyd olunub ki, gözlənildiyi kimi kibertəhdidin potensial qurbanlarının əksəriyyəti internetdən istifadə edənlər olub: Yanvar ayından sentyabr ayınadək Azərbaycanda istifadəçilərin 44%-i şəbəkədə müxtəlif zərərli proqramlarla rastlaşıb. Korporativ istifadəçilər arasında isə bu göstərici 17% təşkil edib.

"İstifadəçilər tez-tez (hadisələrin 42 faizində) “trojan clicker”lər adlanan zərərverici proqramlarla qarşılaşıblar. Bu zərərverici proqramlar istifadəçilərin xəbəri olmadan artırılmış trafiki generasiya etmək məqsədilə bəzi veb-səhifələri “klikləyirlər”. Bundan başqa, təxminən hər beşinci Azərbaycan istifadəçisinin qurğusunda kriptovalyutaların "mayninq"i üçün proqram təminatının quraşdırılması cəhdi qeydə alınıb. Buna bənzər təhdidlər birbaşa olaraq maliyyə zərərinə gətirib çıxarmır, lakin yoluxmuş qurğunun məhsuldarlığını və sürətini əhəmiyyətli dərəcədə aşağı salır", - deyə məlumatda vurğulanıb. 

Ümumiyyətlə, “Kaspersky Lab” texnologiyalarının ən çox qeydə aldığı veb-təhdidlərin sayına görə ölkələr siyahısında Azərbaycan 7-ci yeri tutur.

“Rəqəmsal texnologiyalar insanların həyatına rahatlıq və imkanlarla yanaşı, kibertəhlükəsizliyə lazımi diqqət yetirilmirsə, yeni risklər də gətirir. Fikrimizcə, gələn il mobil qurğulara hücumların sayında artacaq. Bundan başqa, kriptovalyutalar və maliyyə sistemləri böyük ehtimalla kibercinayətkarların yeni hədəflərinə çevriləcək. Məhz bu səbəbdən kibermünaqişələrin mümkün nəticələri və bu münaqişələrin qarşısının alınması üsulları haqqında artıq bu gün düşünmək lazımdır”, - deyə “Kaspersky Lab”ın Azərbaycanda rəsmi nümayəndəsi Müşviq Məmmədov bildirib.

Qeyd edək ki, kibertəhdidlərdən müdafiə olmaq üçün “Kaspersky Lab” bir neçə qaydaya riayət etməyi tövsiyə edir: 

- Öncə məktub, messencer və ya SMS-lə aldığınız şübhəli linklərə daxil olmamaq lazımdır.

- Əməliyyat sistemi və əlavələr üçün yeniləmələr müntəzəm olaraq quraşdırılmalıdır.

- Yalnız rəsmi mağazalardan olan əlavələr quraşdırılmalıdır.

- Bütün hesablarınız üçün mürəkkəb və müxtəlif parollardan istifadə edilməlidir.

- Qurğuda olan vacib məlumatlar müntəzəm qaydada “bulud”, USB-fleşkart və ya sərt diskə köçürülməlidir.

- Əlavələrin onlara lazım olmayan funksiyalara daxil olmasına imkan verilməməlidir. 

- Kompüter və mobil qurğularda etibarlı müdafiə həlli quraşdırmaq lazımdır. 

Son xəbərlər

Orphus sistemi