“Kasperskiy Lab” məktəblilərin təhsildə internetə çıxışı olan qurğulardan necə istifadə etdiyini araşdırıb

“Kasperskiy Lab” məktəblilərin təhsildə internetə çıxışı olan qurğulardan necə istifadə etdiyini araşdırıb Təhsillə bağlı internetə çıxış zamanı məktəblilərin 58%-i kompüter və notbuklara üstünlük verir
İKT
15 Sentyabr , 2016 20:29
“Kasperskiy Lab” məktəblilərin təhsildə internetə çıxışı olan qurğulardan necə istifadə etdiyini araşdırıb

Bakı. 15 sentyabr.REPORT.AZ/ Təhsillə bağlı internetə çıxış zamanı məktəblilərin 58%-i kompüter və notbuklara üstünlük verir. Planşetlərdən bu məqsədlə 4 nəfərdən 1-i, smartfonlardan isə məktəblilərin 15%-i istifadə edir. 

"Report" xəbər verir ki, bu, “Kasperskiy Lab” şirkətinin məlumatlarında əksini tapıb.

Gənc istifadəçilərin yarısından çoxu (60%-i) ən azı həftədə bir neçə dəfə təhsillə əlaqədar internetə daxil olur. Bununla belə, şagirdlərin 28%-i interneti öz təhsilləri üçün çox əhəmiyyətli alət olaraq görür və məhz bu səbəbdən ondan tamamilə imtina etməyə hazır deyil.

Bundan başqa, şаgirdlər İnternetdə informasiyanın axtarışı zamanı kibertəhlükələrlə də rastlaşa bilər. Belə ki, 8-16 yaş arası şagirdlərin 37%-i bu cür hallarla qarşılaşdığını bildirib. Onlar uyğun olmayan kontentlə, zərərli proqramlar, fırıldaqçılıq, onlayn təcavüz və digər təhlükəli hallarla rastlaşıblar.

Qeyd edək ki, şagirdlərin internetə çıxışı olan qurğulardan aktiv istifadəsi valideynlərlə konfliktə səbəb olur, bu da bir çox ailələrdə həm uşaqların, həm də böyüklərin eyni qurğulardan istifadə etməsindən irəli gəlir. Bu, kompüter və notbukların ümumi istifadə olunduğu 64% ailə üçün aktual problemdir. Məsələn, valideynlər uşaqların qurğuda nəisə qırdığından (31%), virus keçirdiklərindən (30 %) və səhvən bəzi informasiyaları silməklərindən (23%) şikayət edirlər. Hər 4-cü valideyn (24%) uşağı tərəfindən sifariş olunmuş və ya yüklənilmiş kontent üçün pul ödəməli olur. Uşaqlar da şikayətsiz deyil: gənc istifadəçilərin 16%-i valideynlərinin səhvən onların məlumatlarını sildiyini bildirib.

İnternetdə uşaqların təhlükəsizliyini təmin etmək üçün “Kasperskiy Lab” şirkəti bütün məşhur əməliyyat sistemlərinə uyğun olan “Kaspersky Safe Kids” adlı xüsusi həll işləyib hazırlayıb. Bu proqram valideynlərə gənc istifadəçinin internetdə nə ilə məşğul olduğunu, orada nə qədər vaxt keçirdiyini öyrənmək, həmçinin uşağın smartfonuna gələn zəng və SMS-lər barədə xəbərdarlıq alma və geolokasiya funksiyasının köməyi ilə yerlərini təyinetmə imkanı yaradır.

Son xəbərlər

Orphus sistemi