"Kasperski laboratoriyası"nın Azərbaycan nümayəndəliyinə rəhbər təyin olunub

"Kasperski laboratoriyası"nın Azərbaycan nümayəndəliyinə rəhbər təyin olunub Bu vəzifə son 4 ildə "Azercell"in diler şəbəkəsində servisin dəstəklənməsi və satışın təmin edilməsinə cavabdeh şəxsə həvalə olunub
İKT
21 Aprel , 2015 17:34
Kasperski laboratoriyasının Azərbaycan nümayəndəliyinə rəhbər təyin olunub

Bakı. 21 aprel. REPORT.AZ/ Rusiyanın "Kasperski laboratoriyası” şirkətinin Azərbaycandakı rəsmi nümayəndəliyinin rəhbəri vəzifəsinə Müşfiq Məmmədov təyin olunub. 

Şirkətdən "Report"a verilən məlumata görə, yeni rəhbərin vəzifələri şirkətin regionda biznesinin inkişafına dair strategiyasının hazırlanması və reallaşdırılması, habelə korporativ və istifadəçi mühafizə həllərinin irəliləməsindən ibarət olacaq.

"Kasperski laboratoriyası”nın Azərbaycandakı rəsmi nümayəndəliyi müştəri və tərəfdaşlarla qarşılıqlı sıx əməkdaşlıq edəcək. Burada nümayəndəlik əsas diqqəti son vaxtlar təhlükə həddi xeyli dərəcədə artan dövlət müəssisləri və korporativ müştərilərlə işə yönəldəcək.

Həmçinin "Kasperski laboratoriyası” Azərbaycanda marketinq fəaliyyətinin əlaqələndirilməsi və dəstəklənməsini təmin edəcək. Bu da öz növbəsində brendin regiondakı mövqeyini daha da möhkəmləndirəcək.

Qeyd edək ki, M.Məmmədov İT sahəsində (məhsul və xidmətlərin satışı) fəaliyyətinə 10 il əvvəl başlayıb. Bundan öncə o, 4 il "Azercell Telecom"un diler şəbəkəsində servisin dəstəklənməsi və satışın təmin edilməsi işlərini idarə edib.

Son xəbərlər

Orphus sistemi