Kanada orbitə üç yeni peyk göndərəcək

Kanada orbitə üç yeni peyk göndərəcək Yer planetinin tədqiq edilməsi üçün nəzərdə tutulan "RADARSAT Constellation" adlı üç yeni Kanada peykinin iyunun 11-də orbitə göndərilməsi planlaşdırılır.
İKT
5 İyun , 2019 06:32
Kanada orbitə üç yeni peyk göndərəcək

Yer planetinin tədqiq edilməsi üçün nəzərdə tutulan "RADARSAT Constellation" adlı üç yeni Kanada peykinin iyunun 11-də orbitə göndərilməsi planlaşdırılır.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı Kanada Kosmik Agentliyi məlumat yayıb.

"Bu yeni nəsil peykləri Yerin səthinin müşahidə edilməsi üçündür. Onların buraxılışı 11 iyun 2019-cu ildə baş tutacaq", - deyə məlumatda bildirilir.

Peykləri orbitə Amerikanın "SpaceX" şirkətinin "Falcon 9" raket daşıyıcısı çıxaracaq.

"RADARSAT Constellation" layihəsinin aparatları 2007-ci ildən orbitdə olan "RADARSAT-2" köhnəlmiş analoji peyk sistemlərini əvəzləyəcək. Yeni layihənin dəyəri 890 milyon dollardır.

Yeni peyklər, xüsusilə Antarktidadakı ekoloji sistem, həmçinin həmin bölgədə gəmilərin hərəkətinin müşahidə edilməsi üçün nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi