Yuxarı

​“iOS” əməliyyat sisteminin yeni versiyası “iOS 8.4” yayımlanıb

“iOS 8.4”ün istifadəçilərə təqdim etdiyi ən böyük yenilik isə “Apple Music” tətbiqidir

Bakı. 1 iyul. REPORT.AZ/ “Apple” əməliyyat sistemini yeniləyərək “iOS 8.4”ü istifadəyə verib. 

“Report” xarici mediaya istinadən bildirir ki, “iOS 8.4” təxminən 222 megabyte tutuma malikdir. “iOS 8.4”ün istifadəçilərə təqdim etdiyi ən böyük yenilik isə “Apple Music” tətbiqidir.

“Apple”in yeni onlayn musiqi xidməti “Apple Music”dən istifadə etmək üçün əməliyyat sistemini yeniləyən “Apple” sahibləri aylıq abunə haqqı ödəməlidirlər.

Yenilənmiş əməliyyat sisteminin və yeni musiqi xidmətinin xüsusiliyi bu xidmət vasitəsilə pərəstişkarlar öz sevimli musiqiçiləri ilə ünsiyyətdə ola biləcəklər. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi